Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 11:05:38
Ən çox Nobel mükafatçısı “istehsal edən” universitetlər – Qısa siyahı  

AzEdu.az xarici  KİV-lərə istinadən Fizika, Kimya, Tibb, Ədəbiyyat, İqtisadiyyat sahələri   üzrə  ən çox Nobel mükafatı qazanan ilk 10 universiteti və onlar haqda məlumatı  təqdim edir. 

ABŞ-ın ən məşhur universitetlərindən biri olan Kolumbiya Universiteti ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi  kimi ilk yerdə qərarlaşıb. Universitet  Nyu-York şəhərinin Manhetten rayonunda yerləşir. Kolumbiya Universiteti çoxsaylı dünya şöhrətli məzunlar yetişdirib.  

Kembric Universiteti  Böyük  Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra    ikinci ali təhsil müəssisəsidir.. Ən çox  Nobel mükafatını alan ali təhsil müəssisələri kimi pillədə ikinci yerdə qərarlaşıb. 

ABŞ-ın  Çikaqo  şəhərində, İllinoys ştatında  yerləşən Çikaqo Universiteti pillədə üçüncü yerdə qərarlaşıb.  Bu universitet ABŞ-da Amerika fənlərarası humanitar elmlər kollecini və alman tədqiqat universitetlərini birləşdirən ilk ali təhsil ocağıdır. ABŞ-da ən böyük universitet nəşriyyatı bu təhsil ocağında yerləşir, Universitetin nəzdində ölkədə ilk olaraq müstəqil Sosiologiya Məktəbi yaradılıb. 

Massaçusets Texnologiya İnstitutu  ən çox Nobel mükafatı alan  ali təhsil müəssisəsi kimi  bu pillədə dördüncü yerdə qərarlaşıb. Universitet ABŞ-ın Massaçusets ştatında yerləşir. "Kompüter texnologiyalarının mərkəzi" adlandırılan universitet elm və texnologiya, robot texnikası və süni intellekt sahələri üzrə dünya lideridir. İnstitutda təhsil alan tələbələr üçün lazımi şərait yaradılıb.

Harvard Universiteti ABŞ-ın və dünyanın ən məşhur  universitetlərindən biridir.  Əsası 1636-cı ilin  8sentyabrında   qoyulub. Harvard Universiteti ABŞ-ın ən qədim ali təhsil ocağıdır. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi  bu pillədə beşinci yerdə qərarlaşıb. Harvard Universitetini çox sayda dünya şöhrətli şəxslər bitirib. 

Paris Universiteti Fransanın paytaxtında yerləşir. Ölkənin məşhur universitetlərindən biridir.  Universitet ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi pillədə  altıncı yerdə qərarlaşıb. 

Oksford Universiteti Böyük Britaniyanın ən məşhur universitetlərindən biridir. Universitetin əsası XII əsrdə qoyulub.Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi bu pillədə  yeddinci yerdə qərarlaşıb.

 Heydelberq Universiteti Almaniya Federativ Respublikasının Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi  Müqəddəs Roma imperiyasında   yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir.  Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biri olan bu ali təhsil müəssisəsi isə pillədə səkkizinci yerdə qərarlaşıb. 

Stanford Universiteti ABŞ-ın və bütün dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir. Amerika alimləri kəşflərinin əksəriyyəti, həmçinin elm və texnikanın ən qabaqcıl sahələri üzrə – biomühəndislikdən başlayaraq ən yeni kompüter texnologiyaları və kosmik tədqiqatlara qədər bu universitetin institut və laboratoriyalarında həyata keçirilir. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi  bu pillədə doqquzuncu yerdə qərarlaşıb.

Yale Universiteti Amerikanın ən qədim universitetlərindən biridir. 1861-ci ildə Yale Universiteti ABŞ-da ilk elmlər doktorluğu dərəcəsi verən universitet olub. Ən çox Nobel mükafatı alan ali təhsil müəssisəsi kimi pillədə  onuncu yerdə qərarlaşıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları