Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-23 10:27:00
Direktorların işəqəbul imtahanlarında  iştirak  edə bilməyənlərə şans veriləcək? – Ən çox soruşulan sual  

Bu gün direktorların işə qəbul imtahanı keçirilir. Bu mərhələdə 1600-dən bir qədər çox şəxsin iştirak etməsi gözlənilir.

AzEdu.az bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə bağlı ən çox verilən suallardan biri də budur:

-Üzrlü səbəbdən imtahanda iştirak edə  bilməyənlər  üçün  əlavə imtahan təşkil olunur?

Cavab:

Xeyr! Direktorların işə qəbul qaydalarının 3.10-cu bəndinə əsasən, hər hansı səbəbdən imtahan və müsahibədə  iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdir əvəzi  Murad  Camalzadə  Təhsil  tv-də namizədlərin suallarını cavablayarkən məlumat verib:

 “Nəzərə almaq lazımdır ki, hər hansı müsahibə  və ya imtahanın keçirilməsi üçün çox böyük texniki işlər, texnoloji tətbiqlər həyata keçirilir, ora insan amili cəlb olunur.  İmtahanda iştirak edə bilməyənlər artıq növbəti müsabiqə üçün hazırlaşsınlar. Növbəti müsabiqənin nə vaxt elan olunacağı isə proseslərin gedişindən asılıdır.

Onsuz da bu müsabiqə nəticəsində 604 vakant yerin hamısının  tutulacağına inanmaq bir qədər çətindir. Hələ ki, praktikada belə bir şey olmayıb. Böyük ehtimalla müəyyən  qədər vakant  yer boş qalacaq. Amma həmin yerlərlə bərabər tədris ili ərzində yeni vakansiyalar da yaranır. Onların yeri də növbəti müsabiqə üçün elan ediləcək”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları