Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 15:29:04
“Müəllim heç bir halda şagirdə  toxuna  bilməz” – Bayram Səfərova irad  

“Heç bir halda uşaqlara toxunmaq olmaz. Dünyada bu qayda kimi qəbul olunub. Normal məktəblərdə nizam-intizam qaydalarına nə qədər çox əməl olunursa, bu cür situasiyalar da bir o qədər az baş verir. Müəllimin şagirdi döyməsi kimi hadisələrə daha çox idman dərslərində rast gəlirik”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eksperti Etibar Əliyev deyib. O, müəllimlə şagird arasında olan münasibət barədə danışıb:

“Müəllim şagirdi  niyə döyməlidir ki?!  Sovet  vaxtı bütün  hallarda cəmiyyət müəllimin tərəfində olardı. Çox zaman belə bir tezis var idi ki, uşağını döysən, belə öyrətməlisən. İndi dövr dəyişib və bütün hallarda cəmiyyət uşağın tərəfindədir. Nə olursa olsun, uşaqlara toxunmaq olmaz. Dünyada bu qayda kimi qəbul olunub. Normal məktəblərdə nizam-intizam qaydalarına nə qədər çox əməl olunursa, bu cür situasiyalar da bir o qədər az baş verir”

Ekspertin sözlərinə görə, müəllimin şagirdi döyməsi kimi hadisələrə daha çox idman dərslərində rast gəlinir:

“Məktəbin həyətində şagirdin normal davranışı olmadığı halda belə hadisələr baş verir. Ancaq istənilən şəkildə, hansı formada və hansı səbəbdən qaynaqlanmasından asılı olmayaraq cəmiyyət bunun əleyhinədir. Azərbaycan da artıq bu düşüncəni maarifçi tezis olaraq qəbul etməyə başlayıb”.

Xatırladaq ki, Modern.az saytına müsahibə verən Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov hazırda da müəllimin şagirdi döyməsini normal qarşıladığını bildirib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları