Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 13:28:09
Bakıda direktor olmaq istəyənlər çətin sınaq qarşısında – Keçid balı artırıla bilər  

“Ola bilər ki, Bakı şəhər təhsil müəssisələri üzrə keçid balı daha yüksək olsun”

AzEdu.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları mərkəzinin müdir əvəzi Murad Camalzadə Təhsil tv-də yayımlanan “Həftənin sualı” verilişində direktorların işə qəbulu ilə bağlı namizədlərin suallarını cavablayarkən deyib.

O bildirib ki,namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanmaq üçün test imtahanlarında ən az 40 %-lik nəticə göstərməlidirlər:

“Yəni, onlar minimum 24 bal toplamalıdırlar ki, növbəti mərhələyə keçə bilsinlər. Amma ola bilər ki, Bakı şəhər təhsil müəssisələri üzrə keçid balı 40 % deyil, daha yüksək olsun”.

Qeyd edək ki, bu gün direktorların işə qəbul imtahanının test mərhələsi keçirlir. Saat 10-da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. 90 dəqiqə davam edəcək imtahanlar 4 seansda təşkil olunacaq. Ümumilikdə, gün ərzində 800-dən bir qədər artıq namizədin imtahanda iştirak etməsi nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları