Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 15:50:00
Aktyor döydüyü direktordan danışdı – “O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

“O, xəstəxanada elə-belə yatır, heç bir zədəsi yoxdur”

AzEdu.az xəbər verir ki, bunu 175  nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə münaqişə zamanı ona xəsarət yetirən aktyor Rza Rzayev müsavat.com-un canlı yayımda bildirib.

O, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

“Tural müəllim deyil. Ona müəllim adı yaraşmır. Qeyri-etik hərəkətlər edir. Bu qədər qeyri-etik hərəkət edən şəxsə müəllim demək olmaz. O keçən həftə mənim ləhcəmə lağ etdi. Bəlkə müəllim tutub ləhcəmi dəyişəcəkdim. Hadisəylə bağlı polis bölməsində ifadəmi aldılar. Həbs olunmalı deyiləm. O, xəstəxanada elə-belə yatır. Heç bir zədəsi yoxdur. Mənim peşəm artistlik olsa da, artistliyi o etdi. Mən də onun facebookdan qalan mesajları var. Məhkəməyə təqdim edəcəyəm. Barışıq olmayacaq”.

Firayə Allahverdiyeva