Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 13:10:00
“Məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq” – BŞTİ-dən direktorun döyülməsinə reaksiya  

175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev və aktyor Rza Rzayev arasında yaşanan insident təhsil adamları tərəfindən xeyli müzakirə olundu.

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələyə rəsmi münasibət bildirərkən direktora qarşı baş verən  fiziki zorakılıq halını pisləyib və şiddətlə qınayıb.

Bildirilib ki, bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsini ölkəmizin təhsil ictimaiyyəti hiddətlə qarşılayır.

Qeyd olunub ki, Təhsil Nazirliyinin rəhbərliyi də məsələni bilavasitə diqqətdə saxlayır:

“Nazirlik əməkdaşları noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkib, səhhəti ilə maraqlanıblar.

T.Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq”.