Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 10:26:47
Döyülən məktəb direktorundan yeni xəbər var

Ötən gün aktyor Rza Rzayev tərəfindən döyülən Bakı şəhəri, Yasamal rayonu, 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alır.

AzEdu.az-ın məlumatına görə, bu barədə sözügedən məktəbdən bildiriblər.

3 saylı Şəhər Klinik Xəstəxanasından isə Trend-ə bildirilib ki, xəstənin vəziyyəti normallaşmağa doğru gedir:

"Xəstə Tural Mirzəliyev kəllə-beyin travması ilə ötən gün xəstəxanaya qəbul olunub. Hazırda xəstənin vəziyyəti normaldır. Müalicə davam etdirilir".

Qeyd edək ki, Təhsil Nazirliyindən hadisə ilə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilib.