Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 08:50:00
Məktəblilərin payız tətili başa çatdı

Bu gündən orta məktəblərdə 2018-2019-cu tədris ilinin payız tətili başa çatıb.

Təhsil Naziliyindən AzEdu.az-a verilən məlumata görə, payız tətili 5 gün - 16-20 noyabr tarixlərini əhatə edib.

Dərs ilinin növbəti tətlili qışa təsadüf edəcək. Belə ki, 5 günlük qış tətili 27-31 yanvar tarixlərində olacaq. 

Bu dərs ilində ibtidai siniflər üçün  5 gün əlavə tətil (1-5 may) də nəzərdə tutulub. 

Xatırladaq ki, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. Dərs ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.