Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-20 16:00:00
Şagirdlərin NƏZƏRİNƏ! Fənlərin Dostluğu Olimpiadasının yeni buraxılışı təşkil olunacaq

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən və bu il IX buraxılışı planlaşdırılan “Fənlərin Dostluğu Olimpiadası” 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilir.

Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

AzEdu.az xəbər verir ki, ideya müəllifi f.ü.f.d., dos. Şamil Sadiq olan “Fənlərin dostluğu Olimpiadası”nın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı Respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Olimpiadanın rəsmi elektron ünvanı  www.inteqrasiya.az saytında şagirdlər onlayn qeydiyyatdan keçməklə iştirak edə bilərlər.

Son qeydiyyat tarixi 13 dekabr olan Fənlərin Dostluğu Olimpiadasının bu ilki 9-cu buraxılışı 15 dekabr 2018-ci il tarixində təşkil olunacaq.

Xatırladaq  ki, FDO-nun 2018-ci il buraxılışının əsas təşkilatçıları Azərbaycan Respublikası Prezidentinin  Yanında Bilik Fondu, Odlar Yurdu Universiteti və  Hədəf STEM Liseyidir.

Tərəfdaşlar: Medica Hospital, Hədəf Multimedia,  Altun Kitab, Hədəf Kursları MMC,  kitabevim.az, HedefGlobal.

İnformasiya dəstəkçiləri:  AzEdu.az təhsil portalı, "Ustad" dərgisi, www.senet.az saytıdır.