Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 16:12:00
Yoluxucu xəstəlik  daşıyıcılarının   bağçalara qəbulunda vacib dəyişiklik – Yeni qayda

Nazirlər Kabinetinin yeni qərarına əsasən, məktəbəqədər təhsil müəssisələrinin nizamnaməsinə dəyişiklik edilib. Dəyişiklik əsasən qəbul yaşı ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Nərminə Alnağıyeva Təhsil tv-yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, bağçalara qəbul, eyni zamanda, ailətipli icma əsaslı qısa müddətli təlim qruplarında təlimin təşkili qaydalarına bir sıra dəyişikliklər edilib. Sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulunda yaş məsələsinə toxunulub. Körpələr evi uşaq bağçasına qəbul yaşı 1-7,  sırf uşaq bağçalarına isə  3-7-dir.

Onun sözlərinə görə, sanator tipli məktəbəqədər təhsil müəssisələrinə qəbul yaşı da digər məktəbəqədər təhsil müəssisələrində olduğu kimidir. Amma burada qəbul qaydası fərqlidir:

“Vərəmin ilk başlanğıc dövründə olan,  kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulan məktəbəqədər təhsil müəssisələrinə uşaqlar dispanser tərəfindən verilən göndərişə əsasən qəbul olunurlar. Əgər dispanser yoxdursa, belə uşaqları şəhər, rayon mərkəzi xəstəxanalarından verilən göndərişə əsasən bağçalara qəbul edirlər”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları