Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 09:20:00
Sabahdan məktəblilərin payız tətili başlanır

Sabahdan məktəblilərin payız tətili başlanır.

AzEdu.az xəbər verir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilən “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili müəyyən edilib. Payız tətili 16-20 noyabr tarixində baş tutacaq.

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. Həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), 5 gün əlavə tətili (1-5 may) nəzərdə tutulub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları