Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 11:34:00
Peşə təhsili müəssisələrində psixoloji xidmət təşkil olunacaq

AzEdu.az Report-a istinadən xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Dəyişikliyə görə, təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan Respublikasının vətəndaşları sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.

Bundan əlavə, peşə təhsili müəssisələrində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji xidmət təşkil olunacaq.

Bundan əvvəl ölkədə sanator tipli məktəbəqədər təhsil müəssisələrinin yaradılacağı məlumat verilib.