Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-14 09:00:00
AzEdu.az virtual  dərslərə start verir-  Riyaziyyat məktəbi ilə ortaq layihə

Azərbaycanın təhsil portalı olan Azedu.az  saytı və Riyaziyyat Məktəbi  "BİZİMLƏ RİYAZİYYAT ÇOX ASAN OLACAQ" layihəsinə start verir.

Biz həyatımızın hər anında riyaziyyatla qarşılaşırıq. Bu da  riyaziyyatı öyrənməyimiz üçün ən təməl səbəbdir. Riyaziyyat bir çox şagirdin dərsi diqqətlə dinlədikdən sonra hər mövzunu həmin an başa düşəcəyi bir fəndir.  "BİZİMLƏ RİYAZİYYAT ÇOX ASAN OLACAQ"  layihəsi çərçivəsində, bütün siniflər üzrə riyaziyyat fənninə aid mövzular Riyaziyyat Məktəbinin peşəkar müəllimləri tərəfindən lövhə qarşısında sistemli şəkildə izah edilərək video dərs şəklində saytda yerləşdiriləcək və şagirdlərin çətinlik çəkdikləri mövzuları  daha da yaxşı öyrənmələrinə yardım edəcək.

Etiraf etmək lazımdır ki,Riyaziyyat fənni bir qədər diqqət  və səbr tələb edir. Bəzi şagirdlər bu fənni qavramaqda çətinlik çəkirlər. Bunun əsas səbəbi riyaziyyatın mahiyyətini başa düşməməkdir. Riyaziyyat Məktəbinin müəllimləri tərəfindən hər kəsin istəyi nəzərə alınaraq mükəmməl səviyyədə hazırlanacaq izahlı video dərslər riyaziyyatın təməlindən başalayaraq yuxarı siniflərə qədər bütün  mövzuları əhatə edəcək.

 Riyaziyyatı müəllimsiz öyrənməyin o qədər də asan olmadığı məlumdur. Elə informasiyalar varki , yalnız müəllim tərəfindən verilir.Məktəbdəki riyaziyyat dərslərində müəllimin vurğuladığı sözləri, bilikləri, düsturların izahı verildikdə bəzi şagirdlər diqqət dağınıqlığı yaşayır və evdə çalışma həlli vaxtı gəldikdə heç də asan iş olmadığı anlaşılır. Bu zaman Riyaziyyat Məkəbinin müəllimləri tərəfindən hazırlanan  və Aedu.az portalına  yerləşdirilən videodərslərdəki  izahlar  şagirdlərin köməyinə çatacaq. Bu həm də mövzu üzrə biliklərin möhkəmlənməsinə yardım edəcək. Dərs buraxan şagirdlərin mövzu üzrə biliyinin ardıcıllığını təmin edəcək və gələcəkdə inkluziv təhsil imkanlarını genişləndirəcək. Odur ki,bizi izləyərək və  dinləyərək riyaziyyat çox asan olacaq.