Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 16:20:00
Fiziki tərbiyə məktəbdə ən vacib fənn imiş – Təhsil araşdırması

 

Bəzi məktəblər Riyaziyyat, Ana dili və digərlərinə daha çox vaxt ayırmaq üçün Fiziki tərbiyə fənninin  saatını azaldır.

AzEdu.az xarici KİV-istinadən, məktəblərdə fiziki fəaliyyətə və bunun düzgün  əsaslarını özündə əks etdirən fənnə niyə ehtiyac duyduğumuzu göstərən səbəbləri sizə təqdim edir:

Fiziki fəaliyyət, diqqət toplama bacarığını kontrol edən “bazal ganglia” adlı beyin bölgənizin böyüməsinə köməkçi olur.

Hər birimiz diqqət toplamağın bəzən nə qədər çətin  iş olduğunun fərqindəyik. Xüsusilə də yaşadığımız  dövrdə, şagirdlərimizin diqqətini dağıdan çox şeylərin varlığını bilirik.

Bu səbəblə də, şagirdlərimizin mövcud fokuslanma qabiliyyətini qorumaqla kifayətlənməyib, onların inkişafına yönəlmiş bütün tədbirlər şagirdlərin öyrənmələrinə fayda verəcək.

Fiziki aktivlik sağlamlığa müsbət təsir edir

Mütəmadi fiziki fəaliyyətdə olmaq bir çox xəstəliklərin  qarşısını alır, təzyiq səviyyənizi nizamlamağa kömək olur. Fiziki fəaliyyət, həmçinin,  şagirdlərin sağlam sümük quruluşuna sahib şəkildə böyümələrini təmin edir. Fiziki sağlamlığı yerində olan uşaqlar məktəbə daha sıx gəlir və dərslərinə daha yaxşı diqqət ayıra bilirlər.

Fiziki fəaliyyət rahat yatmağınıza kömək olub,   yuxu keyfiyyətinizi artırır.

Mütəmadi və gündəlik edilən fiziki hərəkətlər yuxunuzun keyfiyyətini artırır. Məşqdən sonra bədənin “enerji yığmağa” daha çox ehtiyacı olacağı üçün  bir o qədər çox  yuxuya gedəcək.  Bununla daha dərin və doyumlu   yuxu ala bilirik,  yuxu keyfiyyəti böyük ölçüdə artmış olur.

Yaxşı dincəlmiş və enerjili şagirdlərlə dolu bir sinif həmişə, yuxusunu tam ala bilməmiş və yorğun şagirdlərdən ibarət olan sinifdən daha yaxşı nəticə göstərəcək.

 Günel Yaşarqızı