Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 13:57:24
Yanğın baş verən məktəbin nümayəndəsi –“Heç  nə deyə bilməyəcəyik, amma şagirdlərin hamısı yaxşıdır”

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin  Binəqədi rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Yanğın Binəqədi rayonu ərazisində yerləşən Füzulı rayon 45 saylı məcburi köçkün məktəbində baş  verib. 

AzEdu.az  baş  verən hadisə ilə bağlı  son durumu  öyrənmək üçün məktəblə əlaqə saxlayıb.

Aydın olub  ki, hazırda Füzuli Rayon Təhsil Şöbəsinin müdiri hadisə yerindədir. Məktəb nümayəndəsi hazırda heç nə deyə bilməyəcəyini, bu barədə irəliləyən saatlarda daha ətrafları məlumat verəcəyini vurğulayıb.

Amma məktəbdən verilən məlumata görə, şagirdlər arasında  xəsarət alan olmayıb.

Qeyd edək ki, yanğın nəticəsində  bu gün Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın 3-cü mərtəbəsində otaqlar, taxtadan ibarət arakəsmələri 132 m² sahədə, dəhliz 168 m² sahədə və binanın dam örtüyü 20 m² (ümumi 320 m²) sahədə yanıb.  Sözügedən binanın 2 və 3-cü mərtəbələrdə məcburi köçkünlər məskunlaşıb. 1-ci mərtəbədə isə Füzuli rayonu 45 saylı məcburi köçkün  məktəbi  fəaliyyət göstərir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları