Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-11 16:13:00
Tanınmış modelyer Hədəf Liseyində seminar keçdi – Foto

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova Hədəf Liseyinin xanım müəllim və valideynlərinə "Günümüzdə geyim mədəniyyəti və dəbin rolu" mövzusunda seminar-treninq keçib.

AzEdu.az  xəbər verir ki, seminarda xanımlara geyim tərzi haqqında geniş məlumat verən modelyer moda və dizayn sənətinin incəliklərini diqqətə çatdırıb. Öz əsərlərində milli üsluba, milli naxışlara böyük önəm veren modelyer Hədəf Liseyinin vahid məktəbli formalarının milli və müasirliyin vəhdətindən hazırlandığını qeyd edərək, gələcəkdə liseyin müəllim və şagirdləri üçün hazırlanacaq geyimlərdə üslub və tərz seçimində hər cür dəstək verəcəyini qeyd edib.

Milli geyimlərin və milli naxışların gənc nəsil arasında təşviq olunmasının vacibliyinə diqqət çəkən modelyer bu sahədə liseylə əməkdaşlığa hazır olduğunu da bildirib.

Sonda Liseyin direktoru dosent Şamil Sadiq qonağa Xatir Xatirə Ədəbiyyatı seriyasından olan 45 kitabdan ibarət şəbəkə hədiyyə edib. (Kult.az)