Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 20:19:00
Məktəblilər intellektual oyuna cəlb olunub

Şəmkir şəhər Mədəniyyət Mərkəzində yeniyetmələr arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə VI Azərbaycan çempionatı çərçivəsində rayon birinciliyi keçirilib. AzEdu.az xəbər verir ki, tədbirdə Şəmkir rayon gənclər və idman idarəsinin rəis müavini Elçin Cəfərov “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının “Gənclər siyasəti haqqında” Qanunun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf strategiyası”nın müvafiq bəndlərinə əsasən həyata keçirildiyini bildirib.

 

Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşı Vəfa Hüseynova yarışda rayonun orta məktəblərindən 16 komandadan 80 məktəblinin iştirak etdiyini vurğulayıb. O, yarışın keçirilmə qaydaları haqqında məktəblilərə ətraflı məlumat verib.

 

Rayon birinciliyinin yekununda Şiştəpə kənd, Düyərli 1 saylı və Dəllər-Cəyir kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ilk üç pillədə yer alıblar.

 

Birinciliyin qalibi olan Şiştəpə kənd tam orta məktəbin komandası “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VI Azərbaycan çempionatının Gəncə-Qazax zonası üzrə mərhələ yarışında Şəmkir rayonunu təmsil etmək hüququ qazanıb.