Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 16:42:44
Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur
Qarabağ Universitetində Tədris məsələləri üzrə prorektor və Elm və İnnovasiya məsələləri üzrə prorektor vəzifələri üzrə vakansiyalar elan edilib.
 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_prorektor” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
 
Vakansiyalar üzrə son müraciət tarixi 8 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla elanlar vasitəsilə tanış ola bilərlər.
 
Tədris məsələləri üzrə prorektor: https://t.ly/TF6WJ
 
Elm və İnnovasiya məsələləri: https://t.ly/Rrict