Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-04 16:46:30
15 yaşlı yeniyetmə müqəddəslər sırasına daxil edilir

2006-cı ildə leykemiyadan vəfat edən italyan yeniyetmə Vatikan tərəfindən rəsmi olaraq müqəddəslər sırasına daxil edilir.

 

AzEdu.az xəbər verir ki, sağlığında internetin aktiv istifadəçisi və veb-dizayner olan 15 yaşlı Karlo Akutisi evxaristik möcüzələr və katolik müqəddəslər haqqında saytlar, proqramlar yaradıb. Elə bu səbəbdən ikonalarda o, əlində notbukla təsvir edilib.

 

Yeniyetmə ilk dəfə 2020-ci ildə Katolik Kilsəsi tərəfindən müqəddəs kimi tanınıb. Belə ki, nadir anadangəlmə anatomik anomaliyadan əziyyət çəkən braziliyalı Mateus valideynlərindən Karlo haqqında öyrənib və kömək üçün ona dua edib. Bundan sonra altı yaşlı uşaq möcüzəvi şəkildə sağalıb.

 

Kanonizasiya üçün ikinci təsdiqlənmiş möcüzə lazım olub. Bu iki il əvvəl baş verib. Kəllə travması almış bir qızın anası Karlonun məzarı yanında dua edib və həmin gün xəstəxanadan ona qızının müstəqil nəfəs almağa başladığını xəbər veriblər, tezliklə isə qız hərəkət etməyə başlayıb və qismən nitqi bərpa olub.

 

Papa Fransisk hazırda kanonizasiya prosesinin başlamasını əmr edib: 15 yaşlı italyan yeniyetmə Karlo Akutis 2025-ci ildən Katolik Kilsəsinin yeni müqəddəsi hesab ediləcək.