Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-05 10:47:18
22 yaşlı gənc bıçaqlandı

Ötən gün Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə axşam saat 23:30 radələrində Sabunçu rayonunda qeydə alınıb.

 

Belə ki, 1999-cu il təvəllüdlü Mürşüd Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Quluzadəyə döş qəfəsindən 1 ədəd bıçaq xəsarəti yetirib. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran İbrahimov da qarın nahiyəsindən bıçaq yarası alıb. 

 

Bakı şəhəri Sabunçu RPİ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

 

Mürşüd Dəmirovun tapılması istiqamətlərində əməliyyat-axtarış tədbirləri davam edir.

 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Dəmirov Mürşüd Mehman oğlu polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb. Araşdırmalar davam etdirilir.