İyulun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında memorandumun imzalanma mərasimi kerçirilib.
ADNSU-dan AzEdu.az-a bildirilib ki, tədbirdən öncə qonaqlar Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, tədris auditoriyaları və laboratoriyalarla tanış olublar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq ATU ilə tərəfdaşlıq üçün atılan addımı yüksək qiymətləndirib və əlaqələrin inkişaf etdirilməsinin önəmindən danışıb.
ADNSU-nun dünya universitetləri arasında yüksək reytinq tutması, eləcə də tədqiqat universitetinə çevrilməsi istiqamətində görülən işlərdən danışan dosent V.Əskərov beynəlxalq və yerli təhsil müəssisələri ilə əməkdaşlığın, innovasiyaların tətbiqinin hər iki universitet üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib, əməkdaşlığın yeni mərhələsinin uğurlu olacağına ümidvar olduğunu bildirib.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli səmimi qarşılanmaya görə təşəkkürünü bildirərək birgə əməkdaşlığın hər iki tərəf üçün əhəmiyyətindən söz açıb. Memorandumun tələbələr və gənc tədqiqatçılar üçün yeni tədqiqat imkanları açacağını, həmçinin birgə startap ideyalarının, elmi-tədqiqat işlərinin, tədris proqramlarının yerinə yetirilməsinə öz töhfəsini verəcəyini deyib.
Sonra tərəflər arasında memorandum imzalanıb.
Qeyd edək ki, ATU-nun Əczaçılıq fakültəsinin tələbələri xeyli müddətdir ki, ADNSU-nun laboratoriyalarında təcrübə keçirdilər. Bu memarandumun imzalanmasıyla sözügedən fəaliyyət də rəsmiləşmiş olub.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![Onlar MİQ-dən ən yüksək bal TOPLADI Onlar MİQ-dən ən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719323079_1693640778_teacher_exam_060922_1_534.jpg)
![Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır](https://azedu.az/uploads/news/2024/06/azedu.az_elsen_(3)_828.png)