Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 13:17:00
Dövlət İmtahan Mərkəzində vakansiya var
Müddətli əmək müqaviləsi əsasında fotoqraf-videoqraf vakansiyası elan edilir. 
 
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 
 

Vəzifənin adı: fotoqraf-videoqraf

 

Təhsilə dair tələb:  ali və ya orta ixtisas təhsili

 

İş stajına dair tələb:  müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi

 

Kompüter biliklərinə dair ümumi tələblər: MS Windows, MS Office, foto və videomontaj proqramları

 

Xarici dil biliklərinə dair tələblər: tələb müəyyən edilmir

 

Vəzifə öhdəlikləri:

 

- qurumun fəaliyyətinə dair foto və ya videoçəkilişlərin həyata keçirilməsi;

- fotomaterialların montaj edilərək hazır vəziyyətə gətirilməsi;

- “post-plan”a uyğun olaraq videoçəkilişlərin həyata keçirilməsi;

  • materialların tarixlər və tədbirlər üzrə arxivləşdirilməsi.

Namizədə olan tələblər:

 

  • Foto və videodizayn proqramlarında (Adobe Lightroom, Adobe Premiere, Photoshop,) işləmək bacarığı;
  • Foto və videoçəkiliş üçün rəqəmsal kameralardan istifadə vərdişləri;
  • Fotoqraf və videoqraf kimi ən azı 2 illik təcrübə;

After Effects, DaVinci Resolve, İllustrator tipli proqramlarda işləməyi bacaran və bilikləri olan namizədlərə üstünlük verilir.

 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz “portfolio” və ”"Kadrlar uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində "Fotoqraf-videoqraf" qeyd etməklə [email protected] elektron poçt ünvanına 10 iyul 2024-cü il tarixinədək göndərə bilərlər.

 

Qeyd: Portfoliosuz namizədlərin müraciətlərinə baxılmayacaq.