Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-21 17:15:44
Xüsusi qabiliyyət imtahanlarına start verilib

İyunun 20-dən etibarən ali təhsil səviyyəsinə aid Bədən tərbiyəsi və idman istiqamətinin 62-ci komissiyası, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Musiqi sənəti istiqamətinin 421-422-ci komissiyaları üzrə qabiliyyət imtahanlarına start verilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanlar Bədən tərbiyəsi və idman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda, Musiqi sənəti istiqaməti üzrə isə Gəncə Dövlət Filarmoniyasında keçirilib. Musiqi sənəti istiqaməti üzrə abituriyentlərin qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzinin inzibati binasında fəaliyyət göstərən Qabiliyyət İmtahanı Komissiyası (QİK) tərəfindən onlayn həyata keçirilib.

 

22-23 iyun tarixlərində Musiqi sənəti istiqamətinin ümumi və tam (9 və 11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin  422, 423, 424, 4304, 4404, 4504-cü komissiyaları üzrə qabiliyyət imtahanları Gəncə Dövlət Filarmoniyasında, 521, 522, 523, 4305, 4405, 4505-ci komissiyaları üzrə qabiliyyət imtahanları isə Şəki Dövlət Regional Kollecində təşkil ediləcək.

 

Qabiliyyət imtahanlarının keçirilmə qrafikinə uyğun olaraq 22 iyun tarixindən təsviri sənət istiqaməti, 25 iyun tarixindən isə Teatr, kino və xoreoqrafiya istiqamətləri üzrə imtahanlara start veriləcək.

 

Abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanlarının keçirilmə tarixləri ilə bağlı məlumatı DİM-in internet səhifəsində “Qabiliyyət imtahanlarının keçirilmə qrafiki” vasitəsilə öyrənə bilərlər.