Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-24 15:21:00
“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib.

 

AzEdu.az xəbər verir ki, layihə Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin ümumi təhsil kateqoriyası çərçivəsində baş tutub. 245 nömrəli tam orta məktəb tərəfindən reallaşdırılan layihənin əsas məqsədi təhsilalanların sosial media savadlılığının artırılmasıdır.

 

Məktəbin direktoru, layihə rəhbəri Arzu Azadəliyeva bildirib ki, forum teatrı metodu ilə məktəblilərin sosial media savadlılığı sahəsində bilik, təcrübə və boşluqlarını üzə çıxarmaq və onların sosial media savadlılığını artırmaq istiqamətində təlimlər keçirilib, səhnəciklər hazırlanıb. Bu səhnəciklər məktəbin digər şagirdləri qarşısında nümayiş etdirilib, interaktiv müzakirələr təşkil edilib. Müzakirələrdə qaldırılan mövzular əsasında sosial media savadlılığı sahəsindəki çatışmazlıqları əks etdirən ssenarilər yazılıb. Yazılan ssenarilər əsasında 12 sosial çarx hazırlanıb.

 

Layihə çərçivəsində təlimlər Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının baş redaktoru, kommunikasiya mütəxəssisi Arzu Soltan tərəfindən keçirilib.