Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 09:09:00
Məktəbliləri aparan avtobus ağaca çırpıldı - Ölən və yaralananlar var

Kolumbiyada məktəbliləri aparan avtobus ağaca çırpılıb.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti xəbər verib.

Hadisə nəticəsində avtobusun sürücüsü hadisə yerində ölüb, daha 19 məktəbli isə xəsarət alıb.  Məktəblilər xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəza Monteriya bələdiyyəsi (şimali Kordova departamenti) və Arboletes bələdiyyəsini (şimali Antyokiya departamenti) birləşdirən avtomobil yolunda baş verib.

Bildirilir ki, avtobusda konkisürmə üzrə yerli çempionatda iştirak edən məktəblilər olub.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb. İlkin məlumata əsasən, avtobusun sürücüsü yuxlamış ola bilərdi.