Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 17:54:00
LDU-da “Qlobal iqlim dialoqu” adlı Dəyirmi masa keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birlikdə “Qlobal iqlim dialoqu” adlı Dəyirmi masa keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbiri LDU-nun rektoru, prof. Natiq İbrahimov açıb və Dəyirmi masanın olduqca vacib məsələyə-qlobal iqlim dəyişiliklərinin doğurduğu problemlərə həsr olunduğunu bildirib. AR ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru prof. Zakir Eminov çıxışında dünyada və ölkədə, həmçinin təmsil etdiyi qurumda bu istiqamətdə görülən işlərdən, elmi araşdırmalardan söz açıb.
 
 
Coğrafiya İnstitutunun əməkdaşlarından prof. Səid Səfərov, dos. Etibar Bədəlov, dos. Səidə Zeynalova , dos. Həsən Nəbiyev, dos. Cəmilə Əhmədova, coğrafiya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva, kiçik elmi işçi Nazim Gəraylı, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dos. Sənan Əzizov, universitetin baş müəllimi Cavidan Əliyev müzakirə edilən mövzu ətrafında çıxış ediblər. Çıxışlar diskussiya şəraitində keçib.
 
 
Sonda xatirə hədiyyələri və son elmi nəşrlər təqdim edilib.