Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 16:59:06
Qazax-Tovuz RTİ-dən İLK: Bu qədər şagird olimpiadanın növbəti turuna vəsiqə qazandı  

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan IX və X sinif şagirdləri arasında keçirilən “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ikinci mərhələsinə 192 şagird vəsiqə qazanıb.

 

İdarədən AzEdu.az-a bildirilib ki, bu göstəriciyə görə Qazax-Tovuz Regional Təhsil İdarəsi birinci yerdədir.

 

Məlumat üçün bildirik ki, Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə keçirilən olimpiadanın rayon (şəhər) mərhələsində Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 863 şagird iştirak edib.