Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 16:58:47
Tələbələr arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib. 
 

AzEdu.az xəbər verir ki, konsert mayın 7-də Heydər Əliyev sarayında keçirilib. 
 

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.
 

Müsabiqəyə ali təhsil müəssisələrinin (musiqi təmayüllü ali təhsil müəssisələri istisna edilməklə) əyani şöbələrində təhsil alan tələbələr qatılıblar.  
 

Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. 
 

Festival-müsabiqənin qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.