Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-08 11:13:00
ADNSU-nun şəhid məzunları... - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az təhsil portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin(ADNSU) ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib ki, universitetin 23 şəhid məzun var: 

 

Orxan Qasımov

 

Şəhid Qasımov Orxan Rizvan oğlu, 1996-cı il yanvarın 21-də Bakı şəhərində anadan olub. 2002-ci il Ağdam rayonu 36 nömrəli məktəbin birinci sinfinə gedib. Sakini olduğu kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra ailəsi ilə birgə Bakıya köçüb.  2008-ci ildən təhsilini Bakı şəhəri Sabunçu rayonu 296 nömrəli məktəbdə davam etdirib. 2013-cü ildə orta məktəbi başa vuraraq, həmin ildə 531 balla Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) qəbul olub. 2017-ci ildə Qaz-Neft-mədən fakültəsinin, Neft-qaz mühəndisliyi ixtisası üzrə universiteti bitirib (qrup 247.3). 2017-2018-ci illərdə hərbi xidmətdə olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq yenidən cəbhə bölgəsinə gedib. Beyləqan və Ağcəbədi rayonlarında döyüş hazırlıqlarında iştirak edib.

27 sentyabr döyüş başlayan gün Füzuli rayonunun Qaraxanbəyli və Seyidəhmədli kəndləri uğrunda döyüşlərdə iştirak edib. Orxan cəsurluqda atasına bənzəyib, belə ki, əslən Füzuli rayonundan məcburi köçkün olan qəhrəman şəhidimizin atası da I Qarabağ müharibəsində vətən uğrunda yaralanmış qazilərimizdəndir. Orxanın ən böyük aruzusu isə torpaqlarımızın işğaldan azad olunması və öz doğma yurdlarını görmək idi.

Qasımov Orxan Rizvan oğlu 27 sentyabr 2020-ci ildə Füzuli rayonunda öz doğma yurdları uğrunda bir vaxtlar atasının yaralandığı yerdə qəhrəmancasına şəhid olub. 15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”,“Döyüşdə fərqlənməyə görə”,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Dostları, yaxınları arasında mehriban və qayğıkeşliyi ilə seçilən Orxan anasına “Başınızı hər zaman uca edəcəm” deyirmiş. Elə də edib, Orxan şəhidlik zirvəsinə ucalaraq, adını qızıl hərflərlə Azərbaycan zəfər tarixinə yazdırıb.

 

Cabbarov Şahgündüz

 

Şəhid Cabbarov Şahgündüz Habil oğlu 1995-ci il yanvarın 13-də Bərdə rayonu Mollalı kəndində anadan olub. Əslən Laçın rayonunun Oğuldərə kəndindəndir. Orta Məktəbi Bərdə rayon Meşəçilik qəsəbəsində yerləşən Laçın rayon tam orta məktəbdə alıb. 2012-ci ildə məktəbi bitirib və elə həmin il “Azərbaycan Dövlət Neft Akademiyası”nın (indiki ADNSU) “Qaz- neft mədən” fakültəsinə qəbul olub. (qrup 201.2) 2016-cı ildə bakalavr pilləsi üzrə məzun olduqdan sonra  hərbi xidmətə yollanıb.  2016- 2017 ci illərdə xidmətini ön xətt postlarından birində edib və xidmət vaxtı yüksək hərbi intizam nümayiş etdirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Korpus komandiri Mayis Bərxudarov tərəfindən “Fəxri Fərman”la təltif edilib. Hərbi xidmətini başa vurduqdan sonra Dövlət Neft Şirkətində (SOCAR) qazmaçı vəzifəsinə işə qəbul olub.

Ən böyük arzusu doğma yurdu Laçını düşmən tapdaığından azad etmək olan Şahgündüz Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı  könüllü olaraq hərbi xidmətə yollanıb.  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,  Xocavənd istiqamətlərində Xüsusi Təyinatlıların Həmlə Taborunda gərgin döyüşlərdə iştirak edib. O, 25 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Sazlı, sözlü ailədə dünyaya göz açan Şahgündüz həm də gözəl saz ifa edib, vətənin gözəlliyini vəsf edən şeirlər yazıb. Şəhid olacağını sanki öncədən hiss edən Şahgündüz son şeirlərini doğma torpaqlara, Laçın dağlarına həsr edib. Xəyalən həmin torpaqlarda yaşayan şəhid doğma torpaqlar üçün də canından keçərək, şəhidlik zirvəsinə ucalıb.

2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"medalları ilə təltif edilib. Şahgündüzün həyat və döyüş yolundan bəhs edən "Şahgündüz zirvəsi"sənədli filmi çəkilib, onun şeirlərindən ibarət “Gözləyin dağlar gəlirəm” adlı kitab nəşr olunub.

 

Oktay Ağabəyov

 

Şəhid Ağabəyov Oktay Baxşəli oğlu 1987 il noyabrın 22-də Bakı şəhəri Nizami rayonunda anadan olub. 1995 ildə 70 nömrəli məktəbə gedib. 2006-cı ildə orta məktəbi bitirib  və həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU)  daxil olub. 2010-cu ildə Elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini başa vurub.

2010-cu il iyul ayının 3-də Nizami rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Murovdağda hərbi xidmət göstərib və 2011-ci ildə xidməti başa vurub.

2013-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işə qəbul olub.

İşində irəliləmək, vətəninə layiqincə xidmət üçün öz üzərində daim çalışan Oktay Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə qatılıb. Oktyabrın 9-da könüllü olaraq müharibəyə gedib. Ağdərə istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq göstərib, döyüş yoldaşlarını döyüşə ruhlandırıb, çörəyini, suyunu əsgər yoldaşları ilə bölüşüb. Ön cəbhədə qəhrəmancasına vuruşaraq, oktayabrın 18-i Fuzulinin Abdurrahmanlı istiqamətində gedən döyüşlərdə yaralanıb. 14 gün komada qaldıqdan sonra noyabrın 1-də şəhidlik zirvəsinə ucalıb.

Ordumuzun qələbəsinə böyük inamı olan Oktayın döyüşə gedərkən sosial şəbəkədə paylaşdığı son sözləri isə belə olub: “Rəbbim düzgün niyyətim və onun adı olmadan heç bir yola çıxmağa izin verməsin. Ya rəbbim güc-qüvvət sahibi sənsən, sən əsgərlərimizə güc-qüvvət ver, ordumuza zəfər nəsib et.Amin. BİSMİLLAHİR RƏHMANİR RAHİM”

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Rövşən Məmmədov

Şəhid Məmmədov Rövşən Müşfiq oğlu əslən Şəki rayonunun Böyük Dəhnə kəndindəndir. O, 1995-ci il oktyabrın 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2007-ci illərdə ailəsi ilə Rusiyanın Volqoqrad şəhərində yaşayıb. 2002-ci ildə həmin şəhərin 37 mömrəli tam orta məktəbinə gedib.

2007-ci ildə Azərbaycana qayıdaraq orta təhsilini Sumqayıt şəhərinin 4 nömrəli orta məktəbində davam etdirib. 2013-cü ildə orta məktəbi bitirib və həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU)  Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 2017-ci ildə Geofizika mühəndisliyi ixtisası üzrə universiteti müvəffəqiyyətlə bitirib (qrup 144.3).

2017-2018-ci illərdə Naxçıvan şəhərinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan sonra 2018-2020-ci illərdə Sumqayıt şəhərinin "Sumqayıt Texnologiyalar Data Mərkəzi"ndə quraşdırıcı vəzifəsində işləyib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı sentyabrın 29-da hərbi xidmətə çağrılıb. Qardaşı ilə birgə döyüşə yollanan Rövşən ikinci dəfə hərbi forma geyindiyi üçün sevincli olub. Tərtər rayonunun Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Ömür yolu qısa, arzuları isə sonsuz olan Rövşən ağır döyüşlərdə igidlik göstərib, düşməni məhv edərək I Qarabağ müharibəsində yaralanan əmisinin qisasını alaraq, elə həmin torpaqlarda da şəhid olub.

2020-ci il oktyabrın 24-ü tarixində ata yurdu olan Şəki rayonunun Böyük Dəhnə kəndində dəfn edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,“Cəsur döyüşçü” və “Suqovuşanın azad olmasına görə” medalları ilə təltif edilib.

 

Cavid Həsənov

Şəhid Həsənov Cavid Mikayıl oğlu 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakının Nizami rayonunda V.Sadıqov adına 214 nömrəli tam orta məktəbə gedib. 2006-cı ildən isə təhsilini Fizika Riyaziyyat və İnformatika təmayüllü Liseydə davam etdirib. 2010-cu ildə həmin liseyi müvəffəqiyyətlə başa vuraraq,həmin ildə ADNSU-nun Qaz-Neft mədən fakültəsinə qəbul olub. C.Həsənov 2014-cü ildə universitetin Neft- qaz mühəndisliyi ixtisası üzrə bakalavr pilləsini uğurla başa vurub.

O, 2014-2015-ci illərdə Gəncə şəhər N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 

2015-2016-cı illərdə Xəzər universitetində iqtisadiyyat və menecment ixtisası üzrə magistr pilləsi üzrə təhsilini davam etdirib. İngilis və rus dillərini mükəmməl bilən C.Həsənov təhsil aldığı və işlədiyi dövrlərdə uğurlu karyera qurmaqla yanaşı və eyni zamanda qazma sahəsi üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirərək müxtəlif sertifikatlar əldə edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və BP-nin bir sıra layihələrində mühəndis kimi uğurla çalışıb.

Cavid işlədiyi neft şirkətində başa çatdırmaq üzrə olduğu layihəni yarımçıq qoyaraq, könüllü Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə gedir. Müharibədə Füzuli, Cəbrayıl, Hadrut və Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib.

Oktyabrın 20-sində Xocavənd istiqamətində gedən döyüşlərdə igidliklə döyüşərək, şəhidlik zirvəsinə yüksəlib. Cavid Həsənov 18 noyabr 2020-ci il tarixində II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra “Füzulinin azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Gülüşü ilə yaddaşlarda qalan Cavid, şəhid olarkən belə üzündə təbəssümlə ucalıb şəhidlik zirvəsinə.

 

Samir Paşayev  

 

Şəhid Paşayev Samir Adışirin oğlu 1999-cu il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 4 yaşından yazıb-oxumağı bacaran Samir 2005-ci ildə 100-saylı məktəbin 1-ci sinfinə qəbul olub. Orta məktəb illərindən müxtəlif idman növləri ilə məşğul olan Samir müxtəlif yarışlara qatılıb, mükafatlar və sertifikatlara layiq görülüb.

2016-cı ildə orta məktəbi, qırmızı şəhadətnamə və xüsusi qiymətləndirilmiş attestatla bitirərək, həmin ildə 2016-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə (İTİF)  fakültəsinə yüksək balla qəbul olub.

S.Paşayev 2020-ci ildə Kompüter Elmləri Mühəndisi ixtisası üzrə təhsil  almışdır. (qrup 616.6E) Universiteti bitirərək, iyul ayının 23-də hərbi xidmətə yola düşüb. Əvvəlcə Goranboy rayonu, Yuxarı Ağcakənd kəndində sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə qulluq edib. Samir Talış yüksəkliyinin və bir neçə erməni postunun alınmasında iştirak edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı Suqovuşan-Ağdərə istiqamətində döyüşlərdə qəhrəmanlıq göstərib. Suqovuşan-Tərtər istiqamətində  üzündən ağır qəlpə yarası alıb və 7-8 saat qəhrəmancasına vuruşub. Bir neçə yaralı ilə geriyə, məntəqəyə gətirilərkən yolda avtomaşın düşmən tərəfindən vurulub və Samir yenidən yaralanıb. 3-4 saat mühasirədə qaldıqdan sonra Samir yaralı olsa da, bir neçə düşməni məhv edib. Kömək gəlib onları məntəqəyə apararkən Samir çoxlu qan itirdiyinə görə yolda sentyabrın 29-da şəhid şəhidlik zirvəsinə ucalıb. Samir qardaşının gözü önündə şəhid olub.

Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra  Samirə göstərdiyi şücaətə görə “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Vətənpərvərliyi, mərhəməti və zəkası ilə seçilən S.Paşayev hər yerdə düşmənə nifrət edir,bayrağımızı uca tuturdu.

 

Alı Həsənli

Şəhid Həsənli Alı Nofəl oğlu 1995-ci il iyunun 22-də Bakıda anadan olub. 2001-ci ildə Nizami rayonu, 220 saylı məktəb-liseyin 1-ci sinifinə gedib. 2012-ci ildə orta məktəbi başa vurub və elə həmin ildə 430 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasına  (indiki ADNSU) Geoloji kəşfiyyat fakültəsinə qəbul olub. 2016-cı ildə "Geofizika Mühəndisliyi" (137.2 qrup) ixtisası üzrə məzun olan Alı həmin il iyulun 20-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda yerləşən N Saylı hərbi hissədə Radiotelefonçu ixtisası üzrə hərbi xidmət keçib. 2017-ci il iyul ayının 4-də hərbi xidmətini başa vurub.

Universitet illərindən və həqiqi hərbi xidməti başa vurduqdan sonra bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 2018 ilin dekabr ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində  (SOCAR)  Təhlükəsizlik  idarəsində təhlükəsizlik  əməkdaşı kimi fəaliyyət göstərib.

 Könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə gedib. Təlimlərdə N  saylı hərbi hissənin 3-cü taborunda "Rabitəçi" vəzifəsində qulluq edib. Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının azadlığı uğrunda vuruşub. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək, xeyli sayda ağır texnikasını,silah-sursatlarını qənimət kimi əldə edib. Oktyabrın 20-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətənuğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Döyüş yoldaşlarının sözlərinə görə yaralıların  çıxarılmasında komandir ad çəkməmiş Alı hər zaman könüllü olaraq önə atılıb. Həyatda da hər zaman birinci olmaq istəyən Alı döyüşlərdə də hücuma keçənlərdən birincisi olub.

Döyüş yoldaşlarının xatirəsindən: “Hadisə 20 oktyabr axşam saatlarında düşmənlə üzbəüz gəldikdə baş verdi. Onlar bizim formada olduqları üçün əvvəlcə çaşdıq. Sonra gördük bizimkilər deyil, onları vurduq. Daha sonra mövqe dəyişmək istədik ki, uşaqlar müdafiə xətti qura bilsin. Alını kürəyindən vurdular. Mən ağır yaralandım. Hücuma keçən eyni uşaqlar idi, onlardan biri və birincisi də Alı idi. 5 nəfərlik tabordan 2 nəfər sağ qaldıq”.

 

Davud Qurbanov

 

Şəhid Qurbanov Davud Taryel oğlu  15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına 299 saylı məktəb-liseyin 1-ci sinfinə daxil olub. Məktəbdə oxuduğu müddətdə dərslərini yaxşı oxuması, fənlərdən yüksək qiymət alması, nizam-intizamlı olması ilə fərqlənib.  

2013-cü ildə orta məktəbi başa vuraraq həmin ildə yüksək balla Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinə (İTİF) fakültəsinə daxil olub. 2017 ci ildə universiteti "İstehsalat proseslərinin avtomatlaşdırılması" ixtisası üzrə (qrup A 6327) başa vuran Davud həmin il universitetin magistratura pilləsinə qəbul olub.  2019-cu ildə magistraturanı  bitirərək, yüksak ixtisaslı mütəxəssis kimi fəaliyyət göstərmə başlayıb.

2019-cu ilin fevral ayında "Space" müstəqil teleradio şirkətində montajçi vəzifəsində çalışmağa başlayıb. Sonradan əmək fəaliyyətini "Azad Azərbaycan" (ATV) teleradio va yayım şirkətində montajçı kimi davam etdirib.

Davud Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə gedib. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Davud Qurbanov oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəhidin anası Qənirə Hacıyeva Davud haqqında xatirələrində deyir:

“Davud həmişə deyirdi ki, mən qəhrəman olacam. Bayrağı yazı stolunun üstünə asmışdı. Onunla telefonla danışanda dedim ki, sənin bayrağını yuxarı qaldırmışam, pəncərədən asmışam. Dedi ki, as, ana, bizim bayrağımız həmişə yuxarıda olmalıdır. Mən qələbə ilə gələcəm, siz mənimlə fəxr edəcəksiniz. O çox düşüncəli uşaq idi. Davud ölməyib, o, ancaq şəhid olub. Davud özü də mənə həmişə deyirdi ki, ana, şəhidlər ölmürlər, şəhidlər yaşayırlar”.

 

Orxan Rəhimli

Şəhid Orxan Rəşid oğlu Rəhimli 1994-cü ilin aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. Orta təhsilini uğurla bitirən Orxan 2011-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Geoloji kəşfiyyat fakültəsindaxil olub. 2015-ci ildə universiteti "Dağ mədən mühəndisliyi" (129.1 qrup) ixtisası üzrə bitirib.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Dostlarının, yaxınlarının şən biri kimi xatırladığı Orxan hər zaman üzündə gülüş olsa da, daxilində qəbul etmədiyi, onu üzən hadisələr də az olmayıb. Belə ki, illər öncə 2 əmisini eyni qəzada itirən şəhidimiz bir il deyildi ki, atasını da son mənzilə yola salıb.

Orxan könüllü olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə yollanıb. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib. Orxan noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində qəhrəmancasına şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunub.

Döyüş yoldaşları danışır ki, şiddətli döyüşlər zamanı Orxan yaralansa da, onu savaş meydanından uzaqlaşdıra bilməyiblər. Yaralı-yaralı döyüşə davam edib və şəhid yoldaşlarının qisasını almaq üçün ermənilərin üstünə gedib. İkinci yaradan sonra Şəhid olub.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü",  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Döyüş meydadına son nəfəsinə kimi vuruşan və bir addım belə geri çəkilməyən Orxanı döyüş yoldaşları belə xatırlyır:

“Orxan yaralanmışdı, biz geri çəkilməli idik. Bizdən 100-150 metr qabaqda bizlə birlikdə olan əsgər yoldaşlarımız var idi. Onlarla əlaqə kəsilmişdi. Kömək gələnə qədər geri çəkilməli idik, lakin Orxan “mənim orda dostlarım, yoldaşlarım, doğma xalam oğlu var axı, mən xalama nə cavab verərəm” deyərək irəli getdi”.

 

Məhəmmədəli İbrahimli

Şəhid İbrahimli Məhəmmədəli Mütəllim oğlu 22 noyabr 1996-cı ildə Beyləqan rayonunda anadan olub. Əslən Füzulinin Cuvarlı kəndindəndir. 2011-ci ildə Bakıda 215 nömrəli orta məktəbdə 1-ci sinifə gedib. 2014-cü ildə orta məktəbi bitirərək, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) İnformasiya Texnologiyaları və İdarəetmə  fakültəsinə (İTİF) daxil olub.

2018-ci ildə “Cihazqayırma” ixtisası üzrə (qrup 601.4) universiteti bakalavr pilləsini başa vurub.  2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr pilləsinə daxil olub.

27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə Suqovuşan uğrunda gedən döyüşdə yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkidlə yenidən cəbhəyə qayıdıb. Oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə kəşfiyyatçı əsgər kimi xidməti zamanı qəhrəmancasına şəhid olur.

 63 gün heç bir xəbər ala bilməyən ailəsi 15 dekabrda övladlarının şəhid olduğunu öyrənir və həmin gün Bakıxanov qəsəbəsi Şəhidlər Xiyabanında dəfn olunub.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

O, Ağdamın "İmarət" fan-klubunun ən fəal azarkeşlərindən idi, demək olar ki, klubun bütun oyunlarında olub. Tək arzusu torpaqlarımızı işğaldan azad etmək olan əsgərimiz döyüş yoldaşlarına deyib:

"Bizim soyumuzu davam edəcək kimsə qalmasa da, qoy haqqımızda Vətən üçün özlərini qurban verdi desinlər". Sonuncu dəfə yodaşlarıyla söhbətində "mən şəhid olsam, vətənim Füzulinin Cuvarlı kəndindən torpaq gətirib məzar torpağıma qatarsınız" - deyib.

O, 2021-ci ildə bir qrup dostu tərəfindən xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramı yaradılıb. 2021-ci ilin may ayında "Qarabağ" futbol klubu "Neftçi" ilə həlledici qarşılaşmadan öncə Peşəkar Futbol Liqasına medal alacaq komanda üzvlərinin siyahısına Məhəmədəli İbrahimlinin də adı salınıb. 22 may 2022-ci ildə medalların və kubokun təqdimetməsi mərasimində şəhid Məhəmmədəli İbrahimli üçün nəzərdə tutulmuş medal onun atası Mütəllim İbrahimliyə təqdim olunub.

 

Murad Gözəlov

 

Şəhid Gözəlov Murad Zabil oğlu 12 may 1995-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 2001-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbin 1-ci sinfinə gedib.

2010-cu ildə orta məktəbi başa vuraraq, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) nəzdində Bakı Neft-Energetika Kollecinə Neft və Qaz emalı fakültəsinə qəbul olub. 2014-cü ildə kollec təhsilini uğurla bitirərək, hərbi xidmətə yollanıb. Baş kəşfiyyatçı kimi xidmət edərək, 2016-cı ildə hərbi xidmətini uğurla başa vurub.

Murad hərbi xidmətdən qayətdıqdan sonra sonra müxtəlif vəzifələrdə çalışıb. Karyerasında daim uğur qazanan Murad, çalışdığı müəssisədə neftin hazırlanması və sabitləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə yüksəlib. Karyerasında qazandığı uğurlar onun təhsil həyatından da yan keçmir. 2020-ci ildə arzusunda olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Neft-qaz mədən fakültəsinin, Neft-qaz mühəndisliyi ixtisasına daxil olub (qrup 285.20) 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb.  Kəşfiyyat qrupunda döyüşən Murad mərdliyi, rəşadəti ilə seçilib və döyüşün fəal iştirakçılarından olub. Ön sıralarda döyüşən Murad ayağından yaralnasa da onu heç kim dayandıra bilmir və oktyabrın 30-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. Murad Gözəlov noyabr ayının 5-də Neftçala rayonunda dəfn olunub.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə ölümündən sonra  "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilib. Bir vaxtlar Muradın çalışdığı "Neftçala Operating Company LTD"-nin rəhbərliyi və işçiləri tərəfindən Vətən müharibəsi döyüşlərində şəhid olmuş Gözəlov Murad Zabil oğlunun xatirəsinə abidə kompleksi ucaldılıb.

 

İbrahim Cəfərov

Şəhid Cəfərov İbrahim Şamil oğlu 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 2004-cü ildə İbrahim Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 2015-ci ildə orta məktəbi yüksək qiymələrlə bitirən İbrahim həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinə daxil olub. 2019-cu ildə universiteti “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə (qrup 573.5) bitirib.

İbrahim 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətə başlayan İbrahimin xidməti müddətində Vətən müharibəsi başlayır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı  valideyinlərinə belə xəbər etmədən könüllü olaraq döyüşlərə qatılır. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla savaşıb. Füzuli şəhərinin və ətraf kəndlərin, həmçinin Cəbrayıl şəhəri və rayonlarının alınmasında böyük rolu olub. Oktyabrın 20-də Qubadlı döyüşləri zamanı ağır yaralanaraq 18 gün koma vəziyyətində qalıb. İbrahim noyabrın 7-də şəhidlik zivəsinə yüksəlib. Şəhid Ağstafa rayonunun Yenigün kəndində dəfn olunub.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra " Vətən uğrunda " medalı ilə təltif edilib.

 

Camal Əliyev

Şəhid Əliyev Camal Xaliq oğlu Camal Əliyev 1993-cü il avqustun 11-də Sabunçu rayonunda anadan olub. Əslən Tovuz rayonundan idi.

Camal 2000-ci ildə Bakı şəhəri Sabunçu rayon 74 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2011-ci ildə orta məktəbi bitirərək, həmin ildə 387 balla Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) “Energetika fakültəsinə daxil olub. 2015-ci ildə universiteti “İstilik energetikası mühəndisliyi” ixtisası üzrə başa vurub. (qrup 591.1)

2015-2016-ci illərdə Beyləqan rayonunda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-ci ildə isə hərbi xidməti başa vurub. Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə çalışmağa başlayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq adını müharibəyə yazdırıb. Dostları və ailə üzvləri ilə vidalaşan Camalın son sözləri belə olub: “Allah məni şəhadətimə qovuşduracaq gedirəm mən gedirəm şəhadətimə qovuşam”

Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Camal Əliyev noyabrın 3-də Xocavənd döyüşləri zamanı Qırmızı bazar, Şuşa istiqamətində gedən yolda şəhidlik zirvəsinə ucalıb. Bakıxanov qəsəbəsində Şəhidlər Xiyabanında dəfn edilib.

 Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Tanrıya, İslam dininə böyük inamı olan Camal İranda Məşhəd şəhərində ziyarətdə olub. Ziyarətdən qayıtdıqdan sonra Milli Qəhrəman Mübariz İbrahimovun fotosuna baxaraq anasına deiyirmiş “Aana mən şəhid olsam nə edərsən, fəxr edərsən?”

Anası ilə sonuncu telefon zəngində son sözləri belə olub:  “Ana hamnıza qurban olum, gözlərindən öpürəm. Anacan tək mənə yox, hammıza dua elə dostlarıma da”

 

Teymur Rəsulov

Şəhid Rəsulov Teymur Yavus oğlu 1988-ci il martın 23-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 1994-cü ildə Bakı şəhəri Sahil qəsəbəsində 228 saylı orta məktəbin 1-ci sinfinə gedib. Sonra isə orta təhsilini Texniki – humanitar liseydə davam etdirib. 2005-ci ildə orta məktəbi başa vuraraq, Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) “Energetika” fakültəsinə daxil olub. 2009-cu ildə ali təhsilini başa vurduqdan sonra, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidmətdən sonra müxtəlif müəssisələrdə öz ixtisası üzrə çalışıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq dəfələrlə komissarlığa müraciət edir və uzun cəhdlərdən sonra istəyinə çatır. Böyük sevinc və qürurla vətənin müdafiəsinə qoşulan  Teymur  Cəbrayıl, Füzuli, Xocavənd uğrunda böyük rəşadətlə vuruşur. Döyüş yolu qısa- cəmi 12 gün olsa da Teymur böyük qəhrəmanlıqlar göstərərək, oktyabrın 21-də Cəbrayılın Soltanlı kəndi istiqamətində gedən döyüşlər zamanı Şəhidlik zirvəsinə ucalıb.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

İxtisasca peşəkar mühəndis olan, lakin eyni zamanda publisist və şair kimi məziyyətlərə sahib olan Teymur iddi poeziya nümunələriyaradaıb, şeirlər yazıb. İlk şeirlər kitabını nəşr etdirmək arsuzunda olan  savadlı igid Teymurun müharibə başlanan gün yazdığı məqaləsini isə onun həyatının dastanı hesab etmək olar. Ölümündən sonra həmin təsirli yazı əsasında sənədli film hazırlanıb. 

 Teymurun 27 sentyabr 2020-ci ildə sosial media hesabında paylaşdığı yazısından bir hissə: “Döyüşlər olacaq, qan töküləcək, analar ağlayacaq, övladlar yetim qalacaq, amma bu dəfə gəlinlər, qızlar, bacılar əsir olmayacaq, igidlər şəhid olacaq, amma Qarabağ güləcək, Qarabağ azad olacaq, Qarabağ qəfəsdən qurtulacaq, Xarıbülbül üzündə təbəssümlə açacaq, tez solmağa deyil, daha çox yaşamağa can atacaq”.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Asəf Nəsibov

Şəhid Nəsibov Asəf Səfəralı oğlu 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. 2000-ci ildə Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin I sinfinə daxil olub. 2011-ci ildə orta məktəbi bitirərək, həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) Kimya-texnologiya fakültəsinə qəbul olub. 2015-ci ildə universiteti Kimya mühəndisliyi ixtisası üzrə (qrup 371.11) bitirərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel döyüşlərində snayperçi kimi iştirak edib.

Hərbi xidməti bitirdikdən sonra bir sıra müəssisə və qurumlarda fəaliyyət göstərib. 2018-ci ildən isə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də əmək fəaliyyətinə başlayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi zamanı könüllü olaraq müharibəyə gedib. Müharibə Asəf Nəsibova tanış idi. O, 2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş, müharibənin ağrı-acılarını görmüşdü, ona görə də müharibə ona çətin gəlməyib. Asəf  Cəbrayılın, Qubadlının, Laçın və Xocavəndin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 28-də  Laçın rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.  Asəf  oktyabrın 31-də doğulub boya-başa çatdığı Qaymaqlı kənd qəbiristanlığında dəfn olunub. Nişanlı olub.

15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə","Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Asəf Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Əlihüseyn Məmmədov

Məmmədov Əlihüseyn Elşad oğlu 1998-ci ildə Bakıda anadan olub. O, bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhərinidə 18 nömrəli məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına köçür, ibtidai təhsilini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Müəyyən səbəblərdən ailəsi Əlihüseynin təhsilini rayonda davam etdirməsinə qərar verir. Beləliklə, tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbdə bitirir. Məktəb illəri çox sakit keçib, fərqli davranışı, mədəni rəftarı, sakit təbiəti ilə həmişə seçilib və sevilib.2015-ci ildə o, tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhərinin 18 nömrəli tam orta məktəbdə tamamlayır. 

Heç vaxt münaqişəli hadisələrdə adı hallanmayan Əlihüseyn günlərin birində bir mübahisəyə qoşulur. Bundan təəccüblənən dostları onu kənara çəkməyə çalışır.

Bundan təəccüblənən dostları onu kənara çəkməyə çalışır : “Mən mübahisəyə qoşulmuşam, o demək deyil ki, dava-dalaş edəcəm. Hər məsələni mədəni şəkildə də həll etmək olar”, – deyib məsələni özünəməxsus sakit tərzdə həll edir. Yoldaşları çox vaxt ona “ağsaqqal” deyə müraciət edir.

Ali təhsil üçün texniki fənləri seçən Əlihüseyn tam orta təhsilini yaxşı qiymətlərlə başa vurur. Attestat qiymətləri arasında əla qiymətlərini Tarix fənnindən alması o zaman üçün təsadüfi görünsə də, indi özünün təsdiqini tapır.

2016-cı ildə ADNSU-nun “Energetika mühəndisliyi” fakültəsinə daxil olub, 2020-ci ildə bitirmişdir. “Öz ayaqlarımın üstündə durmaq istəyirəm” arzusu Əlihüseyni tələbəlik illərində kiçik xidmətlərdə olsa da, işləməyə gətirib çıxarır. O, ilk iş həyatına supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayır. Arzularını anası ilə bölüşürdü çox vaxt. Ən böyük xəyalı bir fəstfud məkanı açmaq idi. Adını elə düşünmüşdü: “ƏLİNİN BURGERİ”.

Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı

Əlihüseyn Məmmədov Elşad oğlu 2020-ci il oktyabrın 9-da Füzuli-Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

 

Fərhad  Fərhadlı

Fərhad Vüqar oğlu Fərhadlı 08 dekabr 1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olub. Şəhid olmağı özünə şərəf bilən, yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, sarsılmaz əqidə daşıyıcısı Fərhad şüurlu şəkildə ölümü gözə alanlardandır. O, “Kapital bank”-ın əməkdaşı idi. Şəhidimizin İncisi Vətənə əmanət qalıb.

2015- ci ildə Universiteti bitirib, 2016-ci ildə Hərbi xidmətə yollanmışdır. Aprel doyüşləri zamanı hərbi xidmətdə olub. 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin İdarə olunması ixtisası üzrə magistr təhsilini almışdır. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Fərhad bir an belə tərəddü etmədən ordu sıralarına qayıdıb, Vətən torpaqlarının azadlığı uğrunda döyüşlərə qatılıb. Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. 20 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən 3 yaralını xilas edib, 4-cünü çıxararkən vurularaq şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin atası Vüqar Fərhadlı qəhrəman oğlunun döyüş yolundan danışır:

Fərhad Fərhadlı 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır. O, bir həftə təlim keçdikdən sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. 20 oktyabr Cəbrayıl uğrunda gedən döyüş zamanı yaralı daşıyan sırada şəhid olur.

“Fərhad evin tək oğlu idi, bir bacısı var. Orta məktəbi bitirdikdən sonra Fərhad Azərbaycan Dövlət Neft və Sənayesi Universitetində təhsil aldı. Universiteti bitirdikdən sonra 2016-ci ildə hərbi xidmətə yollandı. Şanlı aprel döyüşləri zamanı o da ordu sıralarında idi. Hərbi xidmətini başa vurduqdan sonra 2017-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin İdarə olunması üzrə magistr təhsili aldı. Fərhad çox tərbiyəli, ağıllı uşaq idi”.

2017-ci ildə ailə həyatı qurdu və İnci adında bir qızı var.

9 Oktyabr günü ailəsi ilə danışdı yenə həmişə olduğu kimi ailəsinə təskinlik verir döyüşdə olmadığını arxada olduğunu deyirdi. 20 oktyabr günü çox ac idik. Fərhad tanımadığımız bir əsgərdən bizim üçün peçenye aldı. Onu 3 nəfərə böldü yedik. Bir qabdan yeyib- içirdik. Elə o son yediyimiz gün oldu. 20 Oktyabr pusquya düşdük. Fərhad yaralıları çıxarırdı. Durmadan hər birinə kömək edirdi. Taborun qabağında çıxış edirdi ruhlandırır həvəsləndirirdi hamını. Daha sonra yenidən irəlidə yaralı vəziyyətdə qalan yaralıları, şəhidləri çıxarmaq üçün döyüş meydanına yollanan zaman düşmən mərmisi Fərhadın çox yaxınına düşdü. Fərhad şəhid oldu".

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Fərhadlı ölümündən sonra "Vətən uğrunda" medalı, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Asif Kərimov

Kərimov Asif Məmməd oğlu 1989-cu il martın 25-i Cəlilabad rayonunun Ləzran kəndində anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) təhsil almışdır.

Azərbaycan ordusunun Baş Leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də başlanan ll Qarabağ müharibəsində Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə mübarizlik göstərmiş, noyabrın 3-də Şuşa döyüşlərində şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimiz Cəlilabad rayonunda  dəfn olunmuşdur.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

 

Azərbaycanın Füzuli rayonunun və Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Cəlilabad rayonunda doğulub boya-başa çatan baş leytenant Asif Məmməd oğlu Kərimov hərb tariximizə Azərbaycan Ordusunun Vətən müharibəsində qəhrəmanlığı ilə seçilən zabitlərindən biri kimi düşüb.

Qardaşı Fəttah Kərimov deyir ki, Asifdə həmişə birinciliyə can atmaq istəyi var idi. Komandiri, general-mayor Polad Həşimov şəhid olduqdan sonra Asif daim əsəb, narahatlıq hissi keçirirdi. Deyirdi ki, Ali Baş Komandanımız nə vaxt əmr versə, cəbhəyə gedərək döyüşlərə qoşulacam. Asif Məmməd oğlu Kərimov 1989-cu il martın 25-də Cəlilabad rayonunun  Ləzran kəndində anadan olub. 

 

Ailəli idi. Gülay adında bir qızı və Yusif adında bir oğlu yadigar qaldı.

 

Asif Kərimov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

 

Azərbaycan Ordusunun leytenantı olan Asif Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Asif Kərimov noyabrın 3-də Şuşa döyüşləri şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

 

 

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Asif Kərimov ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

O, belə də edir. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda çoxları kimi Asif Kərimov da könüllü olaraq döyüşlərə qoşulur.

Cəsur baş leytenant nəinki Vətən müharibəsinin gərgin döyüşlərində daim öndə olur, həm də fədakarlığı ilə qısa zamanda nümunəvi zabitlərdən birinə çevrilir.

Bir sıra ağır döyüşlərdən üzüağ çıxan zabitimiz Şuşa ətrafında gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.

Asif Kərimov doğulduğu Ləzran kəndində torpağa tapşırılıb.

Cəsur zabitimiz göstərdiyi igidliklərə görə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Asif Kərimov ailəli idi, 1 qız və 1 oğlu yadigar qalıb.

 

Dmitri Solnsev

O, 1995-ci il aprelin 15-də Bakı şəhərində anadan olub. Milliyyətcə rus idi. Uşaq yaşlarında həm anasını, həm də atasını itirib. Bir bacısı var idi.

 

2001-2012-ci illərdə Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ali təhsil alıb. Subay idi.

 

Dmitri Solnsev 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Nəsimi Rayon Hərbi Komissarlığına müraciət edib və Azərbaycan Ordusu sıralarına yazılıb.

 

Azərbaycan Ordusunun əsgəri olan Dmitri Solnsev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitri Solnsev oktyabrın 24-də Qubadlı döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Dmitri Solnsev ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" və 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edilib.

 

Azərbaycan Ordusunun əsgəri olan Dmitriy Solnsev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Dmitri Solnsev oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.[2] II Fəxri Xiyabanda dəfn olunub.

 

Elmir Məmmədov

1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004–2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub.2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub. 2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

 

(15.12.2020) — "Vətən uğrunda" medalı

(18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)

(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra) 

 

Mətləb Ələsgərov

Ələsgərov Mətləb Vüqar oğlu 18 iyul 1999-cu ildə Ağstafa rayonu Köçəsgər kəndində anadan olub. 2005-2016-cı ildə Köçəsgər kənd 2 saylı tam orta məktəbdə oxumuşdur. 2016-cı ildə ADNSU-nun Qaz-neft mədən fakültəsinə əyani şöbəsi, Neft-qaz qurğuları mühəndisliyi ixtisasına daxil olmuşdur (qrup 275.6). 2020-ci ildə bakalavr pilləsini bitirərək magistraturaya daxil olub (qrup A2120). Təhsilini yarımçıq qoyaraq öz istəyi ilə hərbi xidmətə getmişdir. Ona 06.10.2020-ci il tarixli əmrlə akademik məzuniyyət verilmişdir. 2020-ci ildə Füzuli rayonunda baş verən döyüşlərdə şəhid olmuşdur

 

Elmir Məmmədov

Məmmədov Elmir Arzu oğlu 3 iyun 1999-cu ildə Salyan rayonu Xocalı kəndində anadan olub. 2016-cı ildə Salyan rayon 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra həmin ildə ADNSU-nun Elektrik mühəndisliyi ixtisasına qəbul olub (qrup 525.6). 2020-ci ildə ADNSU-nun Elektrik mühəndisliyi ixtisasını bitirərək bakalavr dərəcəsi almışdır. Yaşayış yeri Salyan rayonu Xocalı kəndi.

2004–2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008–2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015–2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edildi.

 

 (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)

 (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub.

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

 

Ülvi Rəfiyev

Rəfiyev Ülvi Rəfail oğlu 16 avqust 1996-cı ildə Bakıda anadan olub.Xətai rayon 263 saylı məktəbi bitirdikdən sonar, 2013-cü ildə ADNSU-nun İqtisadiyyat və menecment fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasına qəbul olub (qrup 727.3). 2017-ci ildə bakalavr pilləsini bitirib.

 

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Rəfiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvi Rəfiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunda dəfn olunub.

"Vətən uğrunda" medalı (ölümündən sonra)

 (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olundu.  Yaxşı oxumaqla bərabər, həm də Universitetin ictimai həyatında da fəal iştirak edirdi. ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü idi, bütün yarışlarda, beynəlxalq festivallarda universitetin şərəfin qoruyur, həmişə də qalib kimi qayıdırdılar. Hətta Türkiyənin məşhur “Yetənək sizsiniz” proqramında uğurla çıxış etmişdi. Gələcəklə bağlı böyük arzuları var idi. Daha çox Azərbaycanı beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi.

 

Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı, Vətənə olan borcunu qaytardı. Burda da özünü nümunəvi bir hərbçi kimi göstərdi, özünün, ailəsinin başını uca tutdu.

 

 

Mülki həyata qayıtdıqdan sonra həm sərbəst yaşamaq, həm də ailəsinə dəstək olmaq üçün əmək fəaliyyətinə başladı. İşini sevdi, sevildi, ailə qurmaq üçün planlar qurmağa başladı. Deyərdi ki, özümə möhtəşəm toy edəcəm və toyda “Zeybək” rəqsini oynayacam.

 

İkinci Qarabağ müharibəsi başlayanda artıq dörd ay var idi ki, sevdiyi xanımla  nişanlanmışdı. Məlum səbəblərdən,  toy məsələsi yubanırdı və düşünürdü ki, tezliklə hər şey düzələr, ilin sonunda qohumların, dostların şahidliyi ilə yaxşı bir toy mərasimi düzənləyər.

 

İyul hadisələrindən sonra o, da minlərlə gəncimiz kimi Səfərbərlik Xidmətinə gedib könüllü yazılmışdı.

 

27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra Ülvi də çağırış vərəqi aldı. Kiçik qardaşı Ülvanın hərbi xidmətdə olmasına baxmayaraq, elə həmin gün də Səfərbərlik Xidmətinə getdi, O gündə də döyüşə yollandı.

 

Füzulinin, Cəbrayılın alınmasında döyüş yoldaşları ilə bərabər qəhrəmancasına vuruşdu. Ancaq Füzuli istiqamətində düşmən tam şəkildə məhv edilmədiyindən, onları yenidən Füzuli tərəfə qaytardılar.

 

25 oktyabr səhər saat 10 radələri... Səhərdən başlayan döyüş getdikcə  daha da güclənir, qarşı tərəf geri çəkilmək istəmir. Döyüşçülərimiz nə qədər şücaət  və igidliklə  vuruşsa da, düşmənin qarşı tərəfdən top və minaatanların dəqiq atdığı zərbələr bizə irəliləməyə imkan vermir.

 

Güclü səs-küyün, atəşin altında Ülvi əvvəlcə yanında güclü partlayışın olduğunu eşitdi, sonra beldən aşağı güclü bir ağrı hiss etdi. Bu an Üvi  özündə cəsarət tapıb ayağa qalxmaq istədi, ancaq mümkün olmadı, qəlpə öz işini artıq görmüşdü. Yanındakı dostları köməyə gəldilər, qan itirməsin deyə ayağını dizdən yuxarı bağlamağa çalışdılar. İlk ağlına gələn atası, anası, qardaşı və sevdiyi qız oldu. Bir də fikirləşdi ki, artıq əvvəlki kimi rəqs edə bilmiyəcək. Dostları onu hospitala yola salandan sonra, atasına zəng vurdular: “Rəfail day, Ülvini Beyləqan xəstəxanasına apardılar, yaralanıb. İmkanınız varsa, təcili ora gəlin. Ona nə aid varsa, məndədir. Əgər sağ qalsam, gətirib verəcəm, Şəhid olsam, sağ qalan dostlar gətirib verəcəklər, haqqınızı halal edin”.

Ailəsi ilk olaraq düşündü ki, yəqin yüngül yaralanıb, xəstəxanada lazım olacaq hər şeyi yığıb yola çıxdılar.

 

Yolda zəng gəldi: “Salam. Gül dükanından narahat edirik. Dünən oğlunuz Ülvi bəy gül buketi sifariş verib, ünvanı deyərdiniz çatdıraq...”.

 

Həmin gün Ülvi ilə nişanlısının nişanlanmasının dördüncü ayı idi, hər ayın tamamında gül buketi ilə sevgilisini təbrik edərdi.

 

Ailə xəstəxanaya çatanda, artıq gec idi. Ülvi yolda çox qan itirdiyindən dünyasını dəyişmişdi. Bundan sonra Anasının, Atasının, Sevgilisinin və qohumlarının, dostlarının nə yaşadığını yazmaq artıq mümkün deyil.

 

Ülvi Rəfiyev həm də Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindəndir və Vətən üçün canını əsirgəməyən Rəfiyevlərdən biridir.

Qeyd edilib  ki, şəhid məzunların hər birinin adına  universitetlərdə auditoriyalar açılıb.