Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 10:53:00
Nazir Sahil Babayevin yeni müavinlərinin TƏHSİLİ

Prezident İlham Əliyev dünən əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyinatı barədə müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Prezidentin digər sərəncamları ilə İlqar Elxan oğlu Rəhimov və Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifələrindən azad ediliblər. 

AzEdu.az yeni nazir müavinlərinin təhsili haqqında məlumatı təqdim edir.

Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə fəlsəfə doktoru dərəcəsi alıb.

Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub.

2002-ci ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakultəsinin dövlət və bələdiyyə  idarəetməsi ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib.