Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 17:49:00
ParkCinema-da tələbələr üçün özəl günlər

Park Cinema rəsmi olaraq ATGTİ (Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı) ilə birlikdə “ParkCinema-da tələbə günləri” aksiyasına başlayıb.

Kinoteatrın mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, “Tətillərinə kino əlavə et – Azərbaycan tələbə kartını gətir və 50%-ə qədər güzəşt əldə et!” – aksiyası hər bir tələbəyə təklif edilir.

Aksiyanın məqsədi bundan ibarətdir ki, bazar ertəsindən çərşənbə gününə qədər tələbə güzəşt kartını (Azərbaycan Tələbə Kartı) təqdim edən tələbələr şəbəkənin bütün kinoteatrında sərfəli qiymətə bilet əldə edirlər. Kinoteatrlar şəbəkəsi özünü tələbələrin dostu kimi sübut edir:

“Park Cinema Park Bulvar gənclərin tez-tez yığıldığı məkandır. İlk növbədə ona görə sərfəlidir ki, kinoteatr dənizkənarı parkın ərazisində, çoxlu sayda əyləncələrin əhatəsində yerləşib. Üstəlik burada yeni nəsil lazer proyektoru quraşdırılıb ki, hazırda yalnız bu kinoteatrda mövcuddur.

Əgər biz Park Cinema FlameTowers-dən danşırıqsa, bu kinoteatr Elmlər Akademiyası metro stansiyası yaxınlığında yerləşən universitetlərə yaxın olması baxımından sərfəlidir. Bununla yanaşı, burada bir sıra vacib üstünlüklər var: dünya rəssamlarının həyat və yaradıcılıqlarından bəhs edən, onların ən yaxşı işlərini təqdim edən  film-sərgilərin nümayişi tələbələr üçün maraq doğura bilər; tamaşaların ekranlaşdırılması, İMAX formatında məşhur əsərlər, ingilis dilində məşhur teatral quruluşlar, sənədli, elmi-kütləvi filmlər. Bu ölkədə yeganə kinoteatrdır ki, İMAX formatını dəstəkləyir. Bu isə tamaşaçıya təsvirin keyfiyyətini bəxş etmiş olu”.     

Bildirilib ki, Park Cinema Metropark  tələbələrin ən çox ziyarət etdiyi kinoteatrdır:

“Burada Azərbaycan və Türk tamaşaçıları üstünlük təşkil edir.  ParkCinema Metroparkda Dolby Atmos yeni innovasiya zalı açılıb ki, bu da səsi əsl dəyərləndirənlə üçün tamamilə fərqli mükəmməl keyfiyyətdən zövq almağa imkan verəcək.    

Park Cinema Zagulba əyləncə baxımından  tələbələrin yığılması üçün idealdır. Çünki bütün dostlarınız ilə şəhərkənarına səfər, kinodan kadrlarla daha parlaq yadda qalacaq”.