Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-17 14:13:00
Xəzər Universitetinin şəhid məzunları - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Xəzər universitetinin İctimai Əlaqələr və Media üzrə Direktoru Əlövsət Əmirbəyli AzEdu.az-a bildirib ki, təhsil ocağının 2 məzun şəhidi var:

 

“Onlar Cavid Həsənov və Ataməli Musaoğludur”.

 

Qeyd edilib ki, Xəzər Universitetinin Dünya məktəbində şəhid məzunların adına siniflər yaradılıb:

 

“Hər iki şəhimizlə bağlı müxtəlif tədbirlər keçirilib. Ad günləri təntənəli şəkildə qeyd olunub. Davamlı ailələri ilə bayramlarda, özəl günlərdə görüşürük. Valideynləri Xəzər Universitetində, dünya məktəbində keçirilən bütün tədbirlərdə iştirak edirlər. Hər zaman şəhid məzunların istəklərini yerinə yetirməyə çalışırıq”.