Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 15:59:00
Buraxılış imtahanı: Əvvəlki ilin məzunları hansı fəndən narazıdır?

Aprelin 14-ü Dövlət İmtahan Mərkəzi tərəfindən əvvəlki illəri məzunları üçün buraxılış imtahanı keçirildi.

 

Maraqlıdır, abituriyentlər üçün hansı fənn daha çətin olub?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, abituriyentlər riyaziyyat fənnindən müəyyən qədər əziyyət çəkiblər:

 

“Biz test tapşırıqlarını təhlil edəndə və imtahan iştirakçısı olan abituriyentlərlə apardığımız söhbətlərdə heç bir ciddi narazılığın olmadığını gördük. Düzdür, riyaziyyatdan müəyyən qədər test tapşırıqlarında abituriyentlər əziyyət çəkiblər. Məlumdur ki, dünən imtahan verənlər əvvəlki illərdə keçirilən imtahanlarda yetərli bal toplamayanlar idi. Ona görə onların test tapşırıqlarında müəyyən qədər çətinlik çəkməsi gözlənilən və proqnozlaşdırılandır. Amma ümumilikdə isə imtahanlarla bağlı elə də ciddi narazılıq yoxdur.

 

Sual kitabçasında təhlil zamanı müşahidə etdik ki, Azərbaycan dilindən mətnin sualları abituriyentlərdə müəyyən qədər çətinlik yaradıb. Ümumlikdə imtahanla bağlı xüsusi bir çətinlik yox idi”.