Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-15 12:41:00
Təhsil jurnalistləri üçün müsabiqənin qalibləri AÇIQLANDI

Elm və Təhsil Nazirliyinin dəstəyi, Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində həyata keçirilən layihənin qalibləri bəlli olub.

 

AzEdu.az xəbər verir ki, müsabiqənin qalibi olan 2 nəfər təhsil jurnalisti “Təhsil mediada necə əks olunur?” mövzusunda ən yaxşı köşə yazısı təqdim ediblər.

 

Müsabiqənin məqsədi təhsilin mediada daha geniş, adekvat və obyektiv işıqlandırılmasını əhəmiyyətini çatdırmaq, eləcə də təhsildən yazan jurnalistlərin fəaliyyətini qiymətləndirməkdir.

 

Belə ki, jurnalist Esmira İsmayılova və TV jurnalisti Nuranə Əliyeva mürəciətlər arasında ən yaxşı təqdimatı göstərərək qalib seçiliblər.

 

Materiallarla tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

https://modern.az/tehsil/464572/tehsilin-mediada-eksi-problemler-heller/

https://modern.az/tehsil/464576/tehsil-mediada-nece-eks-olunur/

 

Qeyd edək ki, müsabiqə qaliblərinə təltifnamə və pul mükafatı təqdim olunacaq.