Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-29 17:16:00
Bakıda məktəbli qız qaçırıldı - Yeniləndi
Bakının Qaradağ rayonundakı Sahil qəsəbəsində 15 yaşlı məktəbli qız qaçırılıb.
  
AzEdu.az  "Sputnik”ə istinadən xəbər verir ki, hadisə barədə hüquq-mühafizə orqanlarına qızın anası – 38 yaşlı Samirə Əliyeva məlumat verib. Onun sözlərinə görə, oktyabrın 28-də qızı Mikayılova Xatun Kamran qızı 20 yaşlı qəsəbə sakini Teymur İsgəndərov tərəfindən evlənmək məqsədilə oğurlanıb.
 
 * * *
AzEdu.az-ın məlumatına görə, məsələ  ilə bağlı Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbdən Modern.az-a açıqlama verilib.

Bildirilib ki, Mikayılova X.-nin anası ilə əlaqə saxlanılıb. Ana qızının hazırda evdə olduğunu deyib. 

“Həmçinin valideyni vurğulayıb ki, onun qızının 2 gün dərsə  gəlməməsinin səbəbi xəstə olmasıdır”.

Qeyd edək ki, AR CM-ə əsasən, bu cür hərəkətlər 3 min manatdan 4 min manatadək cərimə, yaxud 4 ilə qədər həbs müddəti ilə cəzalandırılır.