Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-11 15:27:00
Ukrayna müharibəsində 542 uşaq həlak olub

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə 542 ukraynalı uşaq həlak olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında məlumat verilib.

 

"2022-ci ilin fevralın 24-dən başlayan Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər Ukraynada 542 uşaq həlak olub, 1289 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

 

Baş Prokurorluq bildirib ki, bu rəqəm yekun deyil, döyüşlərin davam etdiyi ərazilərdə, müvəqqəti işğal altında olan ərazilərdə və yeni azad olunan ərazilərdə araşdırmalar davam edir.