Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-10 11:07:05
Musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə başlanılır    
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir.
 
 
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib. 
 
 
 
Müsabiqədə musiqi ixtisası üzrə ali və ya orta ixtisas təhsilli şəxslər iştirak edə bilərlər.
 
Qeyd olunan vəzifə üzrə işə qəbul olmaq istəyən şəxslər 10 aprel saat 11:00 tarixindən 20 aprel 2024-cü il aat 23:59-a kimi https://forms.gle/1UVheQGeb6rz6TKT6 vasitəsilə qeydiyyatdan keçə bilərlər.
 
 
Müsabiqə 2 mərhələdən (qeydiyyat və müsahibə) ibarətdir.
 
 
Müsahibə mərhələsində 2 və daha çox namizəd uğur qazandığı halda, aşağıdakı ardıcıllıqla işə qəbuluna üstünlük veriləcək:
 
1. Şəhid ailəsi üzvlərinə;
2. Həyat yoldaşı və ya özü Vətən müharibəsi iştirakçısı olanlara;
3. Təhsil pilləsi (səviyyəsi) daha yüksək olanlara;
4. Pedaqoji stajı daha çox olanlara.