Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 11:30:54
Buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər təltif olundular

Goranboyda buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlər təltif olunublar.

 

AzEdu.az xəbər verir ki, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən: Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi-Hüseynov Rüfət Anar oğlu (293.3 bal),  T.Sadıqov adına Faxralı kənd tam orta məktəbinin XI sinif şagirdi -İsmayılzadə Ülvi Yusif oğlu (290 bal) və  Z.Rüstəmov adına Yolpaq kənd tam orta məktəbin XI sinif- şagirdi Paşazadə Əli Səbuhi oğlu (286.9bal) buraxılış imtahanında yüksək nəticə göstəriblər.

 

 Bu münasibətlə, rayon İcra Hakimiyyətində tədbir keçirilib.

 

Tədbirdə, Goranboy RİH başçısının birinci müavini Seymur Nazarov və aidiyyəti məsul şəxslər, bir qrup ictimai fəallar və nailiyyət qazanan şagirdlərimiz iştirak etdilər. Şagirdlərimiz  Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunublar.

Uğurlar arzulayırıq!