Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-09 09:07:00
“Tarixdə bu gün” - 9 aprel nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

9 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

9 aprel 1126-cı ildə Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri, mütəfəkkir şair Əfzələddin Xaqani Şirvani Şamaxıda anadan olub:

 

Xaqani “Töhfətül İraqeyn” məsnəvisi ilə Şərq ədəbiyyatında epik poeziyanın əsasını qoyub. Şairin “Mədain xərabələri” əsəri də klassik ədəbiyyatın nadir incilərindən sayılır. Xaqaninin yüzlərlə qəzəli, qəsidəsi, fəxriyyəsi və klassik şeirin digər janrlarında əsərləri indi də sevilə-sevilə oxunur. (1126-1199)

 

9 aprel 1336-cı ildə dünyanın ən böyük sərkərdələrindən və türk dövlət xadimlərindən biri Əmir Teymur dünyaya gəlib:

 

35 illik hakimiyyəti dövründə Suriyadan Hindistanadək böyük bir ərazini tutan Əmir Teymur dünya tarixinə ən qüdrətli fatehlərdən biri, həmçinin elm və incəsənət himayəçisi kimi daxil olub. (1336-1405)

 

9 aprel 1860-cı ildə tarixdə ilk səs yazısı qeydə alınıb:

 

Eduar Leon Skott de Martenvil lentə aldığı on saniyəlik Fransız xalq mahnısı “Au Clair de la Lune” ilə tarixdə ilk səs yazısı edərək Ginnesin Rekordlar Kitabına daxil oldu.

 

9 aprel 1953–cü ildə Warner Brothers tərəfindən ilk üçölçülü (3D) film "Mumyalar Muzeyi" buraxıldı.