Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 12:08:56
“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsi elan edilir

“Azərbaycan 2030 və Dayanıqlı İnkişaf” Milli Tələbə Müsabiqəsini elan edilir.

 

AzEdu.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Gənclər Fondu və “Bir Könüllü” Tələbə Təşkilatının birgə təşkilatçılığı, Təhsilin İnkişafı Fondu, BP Azərbaycan və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi dəstəyi ilə həyata keçirilir.

 

Müsabiqə iqlim dəyişikliklərinə uyğunlaşma və onun təsirlərinin azaldılması istiqamətində tələbələrin innovativ layihə ideyalarının dəyərləndirilməsi məqsədi daşıyır.

 

Hakaton formatında həyata keçiriləcək müsabiqə “Azərbaycan 2030” gündəliyinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə əsaslanaraq qeyd edilmiş mili prioritetin reallaşdırılması üçün nəzərdə tutulmuş məqsədlərə fokuslanacaq.

 

Müsabiqənin mükafatları:

 

I yer – 2000 AZN

 

II yer – 1500 AZN

 

III yer – 1000 AZN

 

Əgər sənin qeyd olunmuş milli proritet üzrə layihə ideyan varsa və daha yaşıl gələcək üçün innovativ və davamlı yanaşmaları təşviq etməyi hədəfləyən macəranın bir parçası olmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!

 

Qeyd: Müsabiqəyə müraciət komanda və fərdi şəkildə aparılır və komanda tərkibi 10 nəfərdən ibarət olmalıdır. İştirakçıların hal-hazırda ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura səviyyəsində təhsil alması şərtdir.

 

Məkan: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

 

Tarix: 26-28 aprel

 

Son qeydiyyat tarixi: 20 aprel

 

Fərdi şəkildə müraciət üçün qeydiyyat üçün linki: https://forms.gle/ariLke23enkgwqTV7

 

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/naNKUFEohNxjY4YbA

 

Qeydiyyat üçün bio bölməsindəki linkə keçid edin.