Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 09:15:34
Şəhid anası dünyasını dəyişdi  

Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid anası Nurcahan Hüseynova vəfat edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu məlumat yayıb.

 
 
Nurcahan Hüseynova müharibə zamanı oğlu Elxan Hüseynovla birlikdə düşmənə qarşı döyüşüb. Oğlu 1992-ci ildə şəhid olub.

 

O, uzun müddət xəstəlikdən əziyyət çəkib və Türkiyədə keçirdiyi qaraciyər əməliyyatından sonra vəfat edib.