Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-07 09:12:23
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşır  

Dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu davam edir.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

 

Ərizələrin qəbulu aprelin 8-i saat 11:00-a qədər aparılacaq.