Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 11:04:00
Sertifikasiyadan keçə bilməyənlər nazirlikdən narazı OLMAMALIDIRLAR

“Sertifikatlaşmadan keçməyən müəlllimlər Elm və Təhsil Nazirliyindən narazı olmamalıdırlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən millət vəkili Musa Qasımlı qeyd edib.

 

Bildirib ki, müəllimin bilik və bacarığını müəyyənləşdirməyin yolu sertifikatlaşdırmadan keçir.

 

“Bu gün Azərbaycan cəmiyyətində kimdən soruşsanız deyəcəklər ki, ölkəmizdə ən yaxşı məktəb binaları tikilib, təhcizatla təmin olunub. Amma tədrisin keyfiyyətində problemlər var. Təhsilin keyfiyyətini yaxşılaşdırmaq başlıca məsələlərdən biridir. Bununda yolu inzibati-amirlik üsulunda deyildir. Zorla hər hansı bir müəllimi işdən çıxarmaq olmaz. Müəllimin bilik və bacarığını müəyyənləşdirməyin yolu sertifikatlaşdırmadan keçir.

 

Əgər biz təhsilimizi sağlamlaşdırmaq istəyiriksə, müəllimlər mütləq sertifikatlaşmadan keçməlidirlər və bəlli standartlara cavab verməyənlər artıq yaranmış vəziyyətin səbəblərini Elm və Təhsil Nazirliyində deyil, özlərində axtarmalıdırlar.

 

Hesab edirəm ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikatlaşdırması ilə bağlı götürdüyü xətt tamamilə doğrudur. Bu bizim təhsilimizin sağlamlaşdırmasına, tədrisin keyfiyyətinin artırılmasına xidmət edir. Təhsil bizim gələcəyimizdir. Ona görə də təhsildə keyfiyyət lazımdır.

 

Keyfiyyəti də təmin etməyin yollarından biri sertifikatlaşmadır. Hesab edirəm ki, sertifikatlaşmadan keçməyən müəlllimlər Elm və Təhsil Nazirliyindən narazı olmamalıdırlar. Onlar özlərinin bilik və bacarıqlarını artırılmasına çalışmalıdırlar”.