Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 10:43:00
Şəki-Zaqatala bölgəsində inkluziv təhsilə cəlb edillən şagirdlərin SAYI

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 10 şagird inkluziv təhsilə cəlb edilib.

 

Bu barədə AzEdu.az-a idarədən məlumat verilib.

 

“Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 2 ümumi təhsil müəssisəsində- Şəki şəhər 12 və Qəbələ rayon 3 nömrəli tam orta məktəblərdə inklüziv siniflər fəaliyyət göstərir. Şəki şəhər 12 nömrəli tam orta məktəbdə 3 sinif, Qəbələ 3 nömrəli tam orta məktəbdə isə 3 sinif inkluziv təhsilə ayrılıb”.


Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.