Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 11:58:46
Ötən ay BŞTİ-yə 7 022 müraciət daxil olub

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7 022 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

AzEdu.az xəbər verir ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 4 142 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 358 müraciət daxil olub.

 

BŞTİ-yə 1 132 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Elm və Təhsil Nazirliyindən 190, digər qurumlardan 181, tabelikdə olan təhsil müəssisələrindən 332 məktub və 217 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 390 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydaları, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.