Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 10:39:00
İtalya-Azərbaycan Universiteti yaxın zamanda AÇILACAQ

“ADA universitetinin nəzdində İtalya-Azərbaycan Universiteti yaradılır”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri “Dövlət Proqramı məzunları üçün Karyera Sərgisi”ndə ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bildirib.

 

İcraçı prorektor bunun bu böyük bir layihə olduğunu qeyd edib:

 

"Artıq bu universitet açılmaq üzrədir. Biz istəyirik ki, xaricdə təhsil alan məzunlarımız təhsil sahəsinə maraqlı olsunlar. Ola bilər ki, təhsil sahəsi özündə böyük maliyyə vəsaiti qazanmağı ehtiva etmir, amma bu istiqamətdə savadlı gənclərə böyük ehtiyac var. Bəzən gözləntilərlə reallıq uyğunlaşmır, amma biz də ADA universiteti olaraq vakansiyalarımız olduğu təqdirdə sizləri aramızda görməkdən qürur duyarıq".