Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-02 08:51:00
“Tarixdə bu gün”  - 2 apreldə nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

2 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

2 aprel Dünya Autizm Məlumatlandırma Günüdür: 

 

Bu gün BMT-nin 18 dekabr 2007 - ci il tarixli qərarı ilə ə təsis edilib. Bu günün qeyd edilməsində məqsəd əhali arasında autizm haqqında maarifləndirməni artırmaq və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək etməkdir.

 

2 aprel Beynəlxalq Uşaq Kitabı Günüdür: 

 

1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya  göz açdığı günün şərəfinə təsis edilib.

 

Bu tarixdə əlamətdar gününün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub. Uşaqların intellektual inkişafında kitabın rolunu yüksəltmək, ona sevgi aşılamaq, həmçinin diqqəti uşaq kitablarının nəşrinə yönəltmək bu günün keçirilməsində əsas məqsəddir.

 

2 aprel Azərbaycan, Çin və Danimarka arasında diplomatik əlaqələr qurulub:    

 

Danimarka Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci il tarixində qurulub. 

 

Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprelin 2-də qurulub.  Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Respublikası Çinlə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir.

 

2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu işğal edib: 

 

İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

 

Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilib.