Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 09:41:00
Məktəb illərim bir şəkil bir cümlə ilə... - MİSİR MƏRDANOV

AzEdu.az Təhsil Portalının "Məktəb illərim" rubrikasına start verir.

 

Burada əsas məqsəd məktəbin insan həyatında silinməz və əvəzsiz iz buraxdığını bir daha gələcək nəslə aşılamaq, müəllim imicini möhkəmləndirmək, sinif yoldaşları arasında dostluğun bənzərsiz olduğunu bir daha diqqətə çatdırmaqdır.


Cəmiyyətin tanınmış şəxsləri özlərinin şagirdlik zamanlarını "Məktəb illərim" bir şəkil bir cümlə ilə AzEdu.az Təhsil Portalına təqdim edirlər.

 

İlk olaraq sabiq təhsil naziri Misir Mərdanov məktəb illərindən şəklini təqdim etdi.

 


Şəkil 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Polad kənd orta məktəbində çəkilib.
O zaman sabiq nazir 9-cu sinifdə oxuyurmuş. Misir Mərdanov sinif yoldaşları və Riyaziyyat müəllimləri olan Mürsəl Budaqovla xatirə şəkli çəkdiriblər.

 

M.Mərdanov təqdim etdiyi bir şəkli bir cümlə ilə belə ifadə etdi:



- Müəllimimiz bizə riyaziyyatı sevdirdi, biz də riyaziyyatı müəllimimiz kimi sevdik…