Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 08:58:31
16 yaşlı qızı avtomobil vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, metronun "Elmlər Akademiyası" stansiyasının yanında avtomobil yolu keçən 2008-ci il təvəllüdlü Cahangirova R.-ni vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.