Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 15:15:00
Bu fənlər üzrə olimpiadaların nəticələri AÇIQLANIB

Azərbaycan dili, tarix və fizika üzrə respublika fənn olimpiadalarının final turunun yekun nəticələri elan edilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq yekun nəticələr ilə tanış ola bilərlər.

 

Belə ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medala layiq görülüblər.